Modern.az

Ərdoğan Azərbaycanla bağlı vacib sənədi İMZALADI

Ərdoğan Azərbaycanla bağlı vacib sənədi İMZALADI

20 Fevral 2021, 09:21

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlıq haqqqında Saziş”i və “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş"i təsdiqləyib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin “Resmi Gazete” məlumat yayıb.

 

Müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında saziş 2017-ci ilin oktyabrında, energetika və mədənçilik sahələrində əməkdaşlıq haqqqında saziş isə 2020-ci il fevralın 25-də Bakıda imzalanıb.

 

Hər iki sənəd bu gündən qüvvəyə minib.

 

Qeyd edək ki, sənəd Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2017-ci ilin oktyabrın 31-də Azərbaycana səfəri zamanı imzalanıb. Səfər çərçivəsində Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası keçirilib. Toplantıdan sonra sənədlər imzalanıb. Sənədi Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyənin o zamankı milli müdafiə naziri Nurettin Canikli imzalayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir