Modern.az

Masallıya gələn Aydan Şener: “Çox bayıldım...”

Masallıya gələn Aydan Şener: “Çox bayıldım...”

Aktual

27 Avqust 2012, 13:15

Türkiyənin məşhur aktrisası Aydan Şener Masallı rayonunda olub. Modern.az xəbər verir ki,  Bakı Estetik Mərkəzinin “Jermin De Kopuçeni” şirkətinin dəvəti ilə Azərbaycana gələn Aydan Şenerin iştirakı ilə reklam çarxı hazırlanır. Masallı rayon İcra Hakimiyyətinin nümayəndələri  aktrisanın “Dəştvənd” istirahət mərkəzində çəkilişdə olduğunu eşidib, onunla görüşüblər.

Akrtisa  Masallının möcüzəli təbiəti ilə bağlı xoş sözlər də deyib:

“Sadəcə olaraq bayıldım, vuruldum bu gözəlliyə. Allahım, bizim yerlərə necə də oxşayır. Masallı Azərbaycanın qiymətli möcüzəsidir. İnsanların xoş münasibəti, qonaqpərvərliyi də elə təbiətin gözəlliyinə münasibdir. Bir sözlə, burada hər şey iyidir. Məni Aydan adından çox Fəridə adı ilə çağıranda ürəyim sevinir. Bu da hörmətli tamaşaçılarımın sənətimə-Fəridəyə böyük məhəbbətidir. Mən Masallını, onun insanlarını, uzun müddət xatırlayacağam. Filmin çəkilişi üçün Bakı və Masallının seçilməsi təsadüfi deyil”.

Rejissor Sahin Zəkizadə bildirib ki, çəkiliş üçün bir sıra turizm rayonlarına baxış keçirilib, ən münasib yer olaraq Masallı seçilib.

Qeyd edək ki, Türkiyənin məşhur aktrisası Aydan Şener Azərbaycan tamaşaçılarına “Çalı quşu” filmindən yaxşı tanışdır. Aktyorun tez məşhurlaşması onun filmlərə, dünyanın bir sıra ölkələrində reklam çarxlarında çəkilişlərə dəvət alması ilə nəticələnib.

  Modern.az  
Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!