Modern.az

Əsəd İrandan kömək istədi

Əsəd İrandan kömək istədi

27 Avqust 2012, 13:29

Suriya prezidenti Bəşər Əsəd ölkə müxalifəti ilə yaşanan gərgin münasibətlərin aradan qaldırılması üçün İrandan kömək istəyib. Modern.az-ın İran mətbuatına istinadən verdiyi məlumatına görə, bu barədə İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının rəhbəri Əlaəddin Burucerdin məlumat verib.

Ötən həftə Bəşər Əsədlə görüş keçirən İran rəsmisi Tehranın kömək təkliflərini ona bildirdiyini deyib. Onun sözlərinə görə, Əsəd İran dövlətinin göstərdiyi isti münasibətdən məmnun olaraq onların istənilən kömək təklifini qəbul etməyə hazır olduğunu vurğulayıb.

Əsəd həmçinin görüş zamanı Suriya müxalifəti ilə münasibətlərin normallaşması üçün rəsmi Tehranın köməyinə ehtiyac duyulduğunu bildirib.

Qeyd edək ki, Suriyada 18 aydır davam edən qiyamda  Bəşər Əsədin qoşunları daha bir qırğın törədib. Belə ki, Daray şəhərində həyata keçirilən hərbi əməliyyat zamanı 320 nəfər öldürülüb.

Anar RÜSTƏMOV

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi