Modern.az

Azərbaycanda yoluxma və ölüm sayı artdı

Azərbaycanda yoluxma və ölüm sayı artdı

Hadisə

21 Fevral 2021, 20:13

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 156 yeni yoluxma faktı qeydə alınıb, 142 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 233 129 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 227 761 nəfər müalicə olunaraq sağalıb, 3 198 nəfər vəfat edib, aktiv xəstə sayı 2 170 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 236, ötən müddət ərzində isə ümumilikdə 2 551 116 test aparılıb.

 

Qeyd edək ki, ötən gün Azərbaycanda koronavirus infeksiyasına 144 yeni yoluxma və 2 ölüm faktı qeydə alınmışdı.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi