Modern.az

Ziya Məmmədovun Bakı-Quba yolunda nöqsanlara yol verdiyi etiraf olundu 

Ziya Məmmədovun Bakı-Quba yolunda nöqsanlara yol verdiyi etiraf olundu 

22 Fevral 2021, 12:10

Bakı-Quba yolunun çəkilişi zamanı müəyyən qüsurlara yol verilib. Görünən odur ki, vaxtilə yolun istismarı da düzgün həyata keçirilməyib.

Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov qurum tərəfindən 2020-ci il ərzində yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş brifinqdə bildirib.

S.Məmmədovun sözlərinə görə, beton yolu sıradan çıxan kimi təmir etmək asan deyil:

"Bunun üçün də 2018-ci ildən ölkə rəhbərinin tapşırığına uyğun olaraq şimal istiqamətinə yeni yol çəkilir. Yolun 150 kilometrliyi ödənişli olacaq. Yol 2022-ci ilin mayında istifadəyə veriləcək".

Xatırladaq ki, Bakı-Quba beton yolu keçmiş nəqliyyat naziri Ziya Məmmədovun zamanında çəkilib. 2008-ci ildə layihəyə başlananda o vaxtkı nəqliyyat naziri Ziya Məmmədov yola 30 illik zəmanət versə də, onun dayanıqlılığı heç 3 il də çəkmədi...

Rəsmi məlumatlara görə, tikintisinə 2008-ci ildən başlanılan layihəyə ümumilikdə 545 milyon 287 min 800 manat xərclənib. Həmin vəsaitin 281 milyon 861 min 800 manatı Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun 120 kilometrlik hissəsinin təmirinə sərf olunub. Yerdə qalan 263 milyon 426 min manata isə 180 kilometr uzunluğunda beton örtüklü avtomobil yolu salınıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi