Modern.az

Türkiyə Jurnalistlər Federasiyasından Suriyada əsir düşən jurnalistlə bağlı çağırış

Türkiyə Jurnalistlər Federasiyasından Suriyada əsir düşən jurnalistlə bağlı çağırış

Dünya

27 Avqust 2012, 17:38

Atilla Sertel: “Əsir həmkarımız Cüneyd Ünal dərhal sərbəst buraxılmalıdır”

Türkiyə Jurnalistlər Federasiyası (TGF) Suriyada əsir alınan Türk kameraçı Cüneyd Ünalın dərhal sərbəst buraxılması üçün çağırış edib.

Türkiyə Jurnalistlər Federasiyasının rəhbəri  Atilla Sertel Modern.az saytına bildirib ki, onun tərəfindən edilən çağırışda Türkiyə  Xarici işlər Nazirliyi başda olmaq üzrə bütün jurnalist  təşkilatlarının hərəkətə keçməsi lazım olduğu ifadə edilib:

 “Vəzifəsi üzrə Suriyaya ezam olunan, on gündür əsir götürülən həmkarımız Cüneyd Ünal dərhal sərbəst buraxılmalıdır. Hökumət  və jurnalist təşkilatlarını daha həssas olmağa çağırırıq. 20 mindən çox üzvü olan TGF bu mövzuda hər cür dəstəyi verməyə hazırdır".

Modern.az
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir