Modern.az

Sabah bu qışın ən soyuq günü ola bilər - Nazirlikdən XƏBƏRDARLIQ

Sabah bu qışın ən soyuq günü ola bilər - Nazirlikdən XƏBƏRDARLIQ

Aktual

22 Fevral 2021, 16:28

Fevralın ikinci yarısında artıq üçüncü dəfədir ki, havanın dəyişəcəyi proqnozlaşdırılır. Lakin bu dəfə, Arktik hava kütlələri birbaşa şimaldan cənuba  istiqamətlənərək, Azərbaycanı əhatə edəcək. Hazırda Mərkəzi Rusiyada havanın temperaturu normadan 10-15 dərəcə aşağı olmaqla 25-30 dərəcə şaxta qeydə alınır.

 

Modern.az xəbər verir ki, bu barədə  Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva məlumat verib. 

 

Onun sözlərinə görə, soyuq antisiklonun təsiri fevral ayının 23-ü axşam ölkənin əvvəlcə şimal və şərq rayonlarında özünü göstərəcək və daha çox qarın həmin rayonlara yağacağı gözlənilir. Qarlı və güclü küləkli hava şəraiti çovğuna səbəb olacaq. Yollar buz bağlayacaq.

 

Mərkəzi Rusiya üzərində olan antisiklonda atmosfer təzyiqi 780 mm civə sütunu təşkil edir. Atmosfer təzyiqinin Bakıda xeyli yüksəlməsi meteohəssas insanlar üçün əlverişsiz olacaq.

 

Bu qış dövrünün ən soyuq gününün fevralın 24-də olacağı gözlənilir. Belə ki, havanın temperaturu Abşeronda mənfi 4-5 dərəcə olarsa, bu çoxillik normadan 7-8 dərəcə aşağı deməkdir.  Qışın bu soyuq və əlverişsiz gününə hazırlıqlı olaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi