Modern.az

Xəbərdarlığı kimə, nə vaxt, kim edib? - “Azərişıq”dan cavab gözləyirik

Xəbərdarlığı kimə, nə vaxt, kim edib? - “Azərişıq”dan cavab gözləyirik

Aktual

22 Fevral 2021, 16:52

Bu gün Modern.az saytında Abşeron rayonunda “Azərışıq” ASC-nin yerli təşkilat əməkdaşlarının sahibkardan gizli olaraq onun işığını kəsdiyi barədə məlumat vermişdik.

Baş verən hadisə ilə bağlı “Azərışıq”ın mətbuat katibi Vaqif Aydınoğlu saytımıza danışıb.

O, qeyd edib ki, sözügedən sahibkar obyektdə transfarmatordan istifadə edir:

“Obyektin daxili elektrik sistemində problem olduğuna görə, əhali abonentlərə gedən xətlərdə problem yaradır, tez-tez vətəndaşların işığı sönür. Ona görə də əməkdaşlarımız sahibkarın transfarmatoruna gedən xətti ümumi şəbəkədən ayırıblar. Belə olmasa, əhali işıqsız qalır”.

Qurum rəsmisinin sözlərinə görə, problemi həll etmək üçün sahibkar “ASAN xidmət”ə müraciət etməlidir:

““ASAN xidmət”də bununla bağlı laboratoriya xidməti var. Laboratoriya daxili şəbkədəki problemi həll etməlidir. Yalnız bundan sonra sahibkarın elektrik xətti ümumi xəttə qoşula bilər”.

V.Aydınoğlu sahibkarın obyektinin elektrik naqillərinin gizlin kəsilməsilə razılaşmayıb:

“Biz hansı dövrdə yaşayırıq ki, buna gedək? “Azərişıq” sahibkarın şəxsi obyektini niyə təmir etməlidir?! Sadəcə sahibkar “ASAN xidmət”ə müraciət edib öz problemini həll etmək istəmir. Problem bundadır”.

Qurum rəsmisinin dediklərini olduğu kimi dərc etdik. Amma yeni suallarımız var.

Sahibkara xəbərdarlığı kim, nə vaxt edib?  “Azərışıq” ASC-dən cavab gözləyirik.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?