Modern.az

Cənub regionunda yeni təhsil müəssisələri inşa olunur - FOTOLAR

Cənub regionunda yeni təhsil müəssisələri inşa olunur - FOTOLAR

23 Fevral 2021, 19:16

Cənub regionunda peşə təhsili müəssisələrinin infrastrukturu yenidən qurulur.

18 və 19 fevral tarixlərində Təhsil nazirinin müavini İdris İsayev cənub regionuna səfər edib. Səfərin əsas məqsədi regionda yerləşən peşə təhsil müəssisələrində tədrisin cari təşkili vəziyyəti və yenidən qurulan peşə təhsili müəssisələrinin tikintisi işlərinin gedişatı ilə yaxından tanışlıq olmuşdur.

 

Səfərin ilk günü Nazir müavini Cəlilabad rayonunda inşasına başlanılan Cəlilabad Peşə Təhsil Mərkəzində həyata keçirilən yenidənqurma işləri ilə tanışlıq üçün tikinti aparılan əraziyə baş çəkib. Qeyd olunub ki, peşə təhsilinin maddi-texniki bazasının yüksəldilməsi və “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası məqsədilə Cəlilabad rayonunda yerləşən Cəlilabad Peşə Liseyinin bazasında müasir peşə təhsil mərkəzinin tikinti işləri sürətlə davam edir.

Müasir peşə təhsil mərkəzi 1000 tələbə tutumlu olmaqla, mebel istehsalı, avtomobil və kənd təsərrüfatı istiqamətində bacarıqlı kadr hazırlığını həyata keçirəcəkdir. Mərkəzdə müasir təchizata malik 20-dən çox emalatxana, avtomobil servis mərkəzi, qaramal və toyuq ferması, istixana kompleksi kimi praktiki tədris sahələri yaradılacaqdır. Mərkəzdə həmçinin tələbələrin istifadəsi üçün 200 nəfərlik yataqxana binasının və idman meydançasının inşası da nəzərdə tutulub.

Tikinti işləri aparılan Peşə Təhsili Mərkəzində görülən işlərlə, eləcə də tikintinin gedişatı ilə yaxından tanış olan Təhsil nazirinin müavini İdris İsayev bununla bağlı müəyyən göstərişlər verib.               

 

Sonra səfər çərçivəsində Təhsil nazirinin müavini İdris İsayevin iştirakı ilə  təhsil müəssisəsinin tələbə və müəllim kollektivli ilə görüş keçirilib. Nazir müavini təhsilin cəmiyyətimizin inkişafında əsas rol oynadığını və təhsil sahəsinin daimi olaraq dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu qeyd edib. O bildirib ki, müasir dövrdə regionlarımızda gənclərin məşğulluğu və yerli müəssisələrin ixtisaslı kadrlarla təminatı baxımından peşə təhsilinin inkişafı bundan sonra da önəmli yet tutacaqdır: "Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilən "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də məhz  ən vacib istiqamətlərdən biri rəqabətli insan kapitalının formalaşdırılmasıdır. Peşə təhsili sistemində təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, informasiya-kommunikasiya texnologiyalarından sərbəst istifadə edən, əmək bazarının tələblərinə cavab verən, yüksək ixtisaslı və rəqabət qabiliyyətli kadrların hazırlanması qarşımızda duran ən mühüm vəzifələrdən biridir".                 

 

Görüş zamanı son illərdə ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında  ölkənin sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən məqsədyönlü islahatlardan danışılıb, iqtisadiyyatın prioritet istiqamətləri üzrə qarşıya qoyulan məqsədlərin reallaşdırılması sahəsində peşə təhsilinin vacibliyi vurğulanıb. Çıxış edənlər pandemiya dövründə tədrisin təşkilinin yaratdığı çətinliklərdən və mövcud vəziyyətdən çıxış yollarından danışıblar.

Regiona səfər zamanı Təhsil nazirinin müavini İdris İsayev Lənkəran Peşə Liseyinə baş çəkib. Nazir müavini təhsil müəssisəsinin ərazisi, tədris korpusları və praktiki təlim sahələri ilə ətraflı tanış olub, təcrübə sahəsində liseyin bitkiçilik ixtisası üzrə tələbələri ilə söhbət edib. Nazir müavini tələbələrə hazırkı dövrdə  peşə təhsilinin əhəmiyyətindən, yüksək texniki peşə təhsilinin  gənclərin  ali təhsil almasında bir tramplin rolunu oynaya biləcəyindən , təcrübə zamanı əldə olunan biliklərin peşə təhsili üçün önəmli olmasından danışaraq onların əldə etdikləri peşələr üzrə gələcək iş imkanları ilə maraqlanıb.

 

Nazir müavininə Peşə Liseyində pandemiya dövründə tədrisin təşkili  barəsində məlumat verilib. Qeyd olunub ki,  tələbələrin distant tədrisə qoşulma səviyyəsi 60-65% olub. Tələbələr pandemiya dövründə təhsillərini  distant formada davam etdirsələr də, praktiki məşğələlərin əyani formada qismən bərpasının əhəmiyyəti olduqca təqdirəlayiqdir. Belə ki, onların yiyələndikləri peşələr üzrə  əyani şəkildə təcrübə keçmələri olduqca zəruridir.

 Görüş zamanı  pandemiya dövründə tədrisin təşkili məsələləri müzakirə olunub. Müəllimlər distant tədrisdə qarşılaşdıqları problemlər və çətinliklərdən söz açıblar. Müəyyən yaşanan çətinliklərə baxmayaraq distant tədrisin yaşadığımız pandemiya şəraitində ən optimal bir yol olduğu və onun üstünlükləri də diqqətə çatdırılıb. 

               

Dərslərin distant təşkili ilə bağlı öz fikir və mülahizələrini bildirən Təhsil nazirinin müavini İdris İsayev peşə təhsili proqramlarında istehsalat təliminin və praktiki məşğələlərin xüsusi çəkisinin ixtisaslardan asılı olaraq bəzi hallarda  60 faizədək təşkil etdiyini və hazırkı epidemioloji vəziyyətdən maksimum istifadə edərək istehsalat təliminin və praktiki məşğələlərin keçirilməsinin vacibliyini qeyd edib. Nəzəri dərslərin Lənkəran Şəhər Təhsil İdarəsi ilə əməkdaşlıq çərçivəsində "Teams" proqramı üzərindən təşkil edildiyini deyib və teledərslərdən istifadənin zəruriliyindən danışıb. Bildirilib ki, ölkəmizin ən təcrübəli müəllimlərinin iştirakı ilə hazırlanan bu dərslər peşə təhsili müəssisəsinin tələbələri ilə yanaşı, müəllimləri üçün də təcrübənin əldə edilməsi baxımından faydalıdır.

 

Sonra səfər çərçivəsində Təhsil nazirinin müavini İdris İsayevin iştirakı ilə  təhsil müəssisəsinin müəllim kollektivli ilə görüş keçirilib. Görüşdə yeni tədris ilindən peşə təhsili müəssisəsində əmək fəaliyyətinə başlamış gənc müəllimlərlə tədrisin təşkili ilə bağlı fikir mübadiləsi aparılıb, rəy və təkliflər dillənilib.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub