Modern.az

Jurnalist Prezidentə təşəkkür etdi - FOTOLAR

Jurnalist Prezidentə təşəkkür etdi - FOTOLAR

Media

24 Fevral 2021, 11:59

Bu gün Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov mənə "Tərəqqi" medalını təqdim etdi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Milli Mətbuatın yaranmasının 145-ci ildönümü günündə - 22 iyul 2020-ci il tarixində təltif edildiyim "Tərəqqi" medalını bu gün almaq mənə nəsib oldu.

Təltifi Azərbaycanda medianın problemlərinin həlli ilə məşğul olan yeni qurumun - Medianın İnkişafı Agentlyinin rəhbərindən almaq mənə xoş oldu.

Cənab Prezidentimizə təşəkkürlərim var. Birinci və ən əsası, bizə, xalqımıza 44 günlük Vətən müharibəsində tarixi qələbə sevinci yaşatdığına görə, Şanlı Ordumuzla birgə 30 il həsrət qaldığımız, işğal altında olan rayonlarımızı bizə qaytardığına görə. Buna görə bir vətəndaş olaraq Müzəffər Ali Baş Komandanımıza sonsuz təşəkkürlərimi yetirirəm.

Sonra isə məni, bölgədə yaşayan adi bir jurnalisti bu yüksək mükafata layiq gördüyünə görə ölkə rəhbərinə öz minnətdarlığımı bildirirəm.

Aytəkin Alxaslı,
Qusar

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı