Modern.az

Beynəlxalq birlik ermənilərin törətdiyi vandalizmi bilməlidir

Beynəlxalq birlik ermənilərin törətdiyi vandalizmi bilməlidir

24 Fevral 2021, 16:08

 

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycanın təşəbbüsü ilə formalaşan ən uğurlu təsisatlardan biridir. Prezident İlham Əliyevin mərkəzin işinə verdiyi yüksək dəyər də buradan qaynaqlanır.

 

Bu sözləri Modern.az  saytına açıqlamasında millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.

 

2021-ci ilin cənab Prezident tərəfindən Nizami Gəncəvi ili elan olunduğunu xatırladan millət vəkilinin sözlərinə görə, bu fakt təkcə böyük şairin irsinin öyrənilməsinə xidmət etmir: “Nizami Gəncəvinin irsi Azərbaycan xalqının hələ XII əsrdə nə qədər böyük dünyagörüşünə, bəşəri dəyərlərə sahib olduğunu nümayiş etdirir. Xalqımıza xas olan yüksək tolerantlıq hissi də Nizami Gəncəvi poeziyasının, yalnız onun təxəyyülünün, bədii yaradıcılığının nümunəsi olmadığı, xalqımıza xas olan xüsusiyyətlərin dahi şair tərəfindən yüksək poeziya nümunəsinə çevrildiyini göstərir”.

 

Azər Kərimli qeyd edib ki, Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldini videoformatda qəbulu zamanı səsləndirdiyi fikirlər  böyük şairin və mütəfəkkirin adını daşıyan bu təsisatın və təbii ki, Azərbaycanın haqlı mövqeyini müdafiə edən bütün qurumların və fərdlərin qarşısında mühüm vəzifələr qoyur: “Cənab Prezident bölgədəki yeni reallıqlara diqqət çəkərək bəyan etdi ki, bu gün Azərbaycan həqiqətən də düşmənçilik, nifrət, qarşıdurma səhifəsini bağlamaq və region üçün gələcək qurmağa hazır olduğunu nümayiş etdirir. Şübhəsiz ki, böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyan bir təsisatın, onun əsərlərində təbliğ olunan dəyərləri, humanizm prinsiplərini dünyaya Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi təqdim etməsi, bu dəyərlərin bölgəmizdə və dünyada təşəkkül tapması baxımından mühüm əhəmiyyətə malikdir”.

 

Azər Kərimli qeyd edib ki, indi beynəlxalq birlik, işğalçıların Azərbaycan ərazilərində törətdikləri vəhşiliklərlə, vandalizm aktlarıyla bağlı həqiqəti bilməli və dilə gətirməlidir: “Bölgənin gələcəyi, xalqların dinc şəraitdə və rifah içərisində yaşaması üçün beynəlxalq birliyin həqiqətləri olduğu kimi dilə gətirməsindən, yeni reallıqları düzgün qiymətləndirməsindən və sülh təşəbbüslərinə verilən dəstəkdən asılıdır”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir