Modern.az

“O torpaqlarda həyat bulaq kimi qaynayacaq” - Lerik sakinləri

“O torpaqlarda həyat bulaq kimi qaynayacaq” - Lerik sakinləri

Aktual

24 Fevral 2021, 17:07

Lerik rayonun sakinləri ölkə Prezidentinin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” haqqında sərəncamını təqdir edirlər.

 

Modern.az saytı leriklilərin mövqeyini təqdim edir:

 

Lerik şəhər sakini Nizaməddin Muradov: “Ümummilli lider Heydər Əliyevin varisi cənab İlham Əliyev bir tərəfdən dövlətimizin inkişafını təmin edən islahatlar həyata keçirməklə tərəqqiyə nail olmuş, 30 ilə yaxın xalqımızı narahat edən Dağlıq Qarabağ problemini müharibə və sülh yolu ilə həll edərək gələcək nəsillərə unudulmaz və tarixi hədiyyə bəxş etmişdir.

 

“Azərbaycan 2030 sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı proqramın təsdiq olunması bizi hədsiz sevindirir. Burada nəzərdə tutulan tədbirlərin icrası rayonumuzun gələcəkdə də iqtisadi və sosial  inkişafına müsbət təsirini göstərəcəkdir”.

 

Çayrud kənd sakini Orxan Abbaszadə: “Həyat göstərir ki, dünyanın bütün qabaqcıl dövlətləri elmin, təhsilin, yeni texnologiyaların inkişafı hesabına tərəqqi etmişlər. Ümummilli lider Heydər Əliyevin çox uzaqgörənliklə dediyi “təhsil millətin gələcəyidr” kəlamı artıq reallığa çevrilib. Ölkəmizdə təbii resursların yaratdığı imkanların insanların rifah halının yaxşılaşdırılması  yönəldilməsi sahəsində çox böyük işlər görülüb. Gələcək illərdə müəyyən olunmuş hədəflərə çatmaq üçün müasir texnologiya və ixtisaslara  yiyələnmiş kadrların  yetişməsi islahatların uğurla həyata keçirilməsini sürətləndirəcəkdir”.

 

Lerik şəhər sakini, əmək veteranı Hidayər Bəşirov: “Cənab Prezidentin sərəncamı ilə  təsdiq olunmuş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də qoyulmuş məsələlər milli iqtisadiyyatımızın daha da güclənməsini təmin edəcəkdir. İqtisadiyyatımızın güclənməsi ilə yanaşı, 30 ilə yaxın düşmən tapdağında olan azad edilmiş ərazilərə böyük qayıdışı təmin edəcəkdir. İşğaldan azad edilmiş ərazilərdə artıq başlanmış quruculuq işləri göstərir ki, tezliklə o torpaqlarda həyat bulaq kimi qaynayacaq, həmin ərazilərdə əkinə yararlı torpaqlardan və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi ölkəmizin  sosial-iqtisadi inkişafına öz layiqli töhfəsini verəcəkdir”.

 

Lerik şəhər sakini Nərmin Hüseynağalı: “Cənab Prezidentin təsdiq etdiyi Milli Prioritetlərdə nəzərdə tutulan məsələlərdən  biri də bu günümüz üçün böyük əhəmiyyət daşıyan Azərbaycanın “yaşıl artım” ölkəsi kimi tanıdılması istiqamətində reallaşdırılması nəzərdə tutulmuş tədbirlərdir. Ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətlə bərpası və artırılması, ekoloji problemlərin kompleks şəkildə həlli, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması milli iqtisadiyyatımızın inkişafı ilə yanaşı, ekologiyanın qorunmasına, vətəndaşlarımızın ekoloji təmiz məhsullarla qidalanmasına şərait yaradacaqdır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır