Modern.az

Erməni əsgər anaları ayağa qalxdı: “Övladlarımızı Qarabağa göndərməyin!”

Erməni əsgər anaları ayağa qalxdı: “Övladlarımızı Qarabağa göndərməyin!”

25 Fevral 2021, 12:13

Ermənistan Müdafiə Nazirliyi qarşısında əsgər valideynləri aksiya keçirib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, əsgər valideynləri övladlarının Qarabağda deyil, Ermənistan ərazisindəki hərbi hissələrdə xidmət keçməsini tələb ediblər.

 

“Mən oğlumu Qarabağda hərbi xidmət keçməyə göndərmək istəmirəm. O, Ermənistandakı istənilən hərbi hissədə xidmət etməyə hazırdı. Amma onu Qarabağa göndərməsinlər! Orada oğlumun təhlükəsizliyi üçün heç bir təminat yoxdur”- deyə əsgər analarından biri açıqlama verib.

 

Aksiyada 100-dən artıq əsgər valideyni iştirak edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür