Modern.az

Gəncədə yağan qar yollardan təmizlənir - FOTOLAR

Gəncədə yağan qar yollardan təmizlənir - FOTOLAR

25 Fevral 2021, 12:15

Gəncədə fevralın 24-dən yağan qar yollardan təmizlənir.

 

Modern.az xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyəti MKTİB-nin canlı qüvvəsi və texnikası gücləndirilmiş iş rejimində çalışır. Axşam saatlarından başlayaraq, yollara qum-duz qarışığı səpilir, səkilər və piyada keçidləri qardan təmizlənir.

 

MKTİB-nin rəis müavini Elşad Əsgərov bildirib ki, yağan qar ciddi fəsadlar törədməyib O, qeyd edib ki, şəhərin əsas küçə və prospektlərində, habelə Gəncəçay üzərində olan 5 körpüdəki avtomobil yollarına 30 tona yaxın qum-duz qarışığı səpilib. “Bununla yanaşı yerüstü piyada keçidləri qardan təmizlənir. Yol kənarına toplanan qar, ərazidən daşınır"-deyə Elşad Əsgərov əlavə edib.

 

Qeyd edək ki, hazırda işlər davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir