Modern.az

Nəsimi və Xətai Rayon Polis İdarələrində monitorinq keçirilib

Nəsimi və Xətai Rayon Polis İdarələrində monitorinq keçirilib

28 Avqust 2012, 17:58

ATƏT-in Bakı ofisinin dəstəyi ilə “Konstitusiya” Araşdırmalar Fondunun həyata keçirdiyi “Saxlama yerlərinin monitorinqi - 2012” layihəsi çərçivəsində Nəsimi və Xətai RPİ MST-larında monitorinq həyata keçirilib. Monitorinqi “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, eksperti Elçin Salmanov aparıb.

Monitorinq zamanı müvəqqəti saxlama təcridxanasına, o cümlədən saxlama kameraları, növbətçi hissə, müstəntiq, vəkil, tibbi müayinə otaqlarına baxış keçirilib.

Eyni zamanda təqsirləndirilən və şüphəli bilinən şəxslərin qeydiyyat və tibbi müayinə jurnalı ilə tanış olunub.
Nəsimi RPİ MST-da 2 saxlanılan şəxs olub. Lakin monitorinq aparılan müddətdə onlar zəruri istintaq hərəkətlərinin aparılması üçün ifadə verməyə aparılıb.

Xətai RPİ MST-də 1 saxlanılan şəxs olub. Onun saxlama şəraiti və rəftar ilə bağlı hər hansı bir şikayəti olmayıb.


Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı