Modern.az

Timoşenko: “Yanukoviçin hakimiyyətinə izin verməyəcəyik”

Timoşenko: “Yanukoviçin hakimiyyətinə izin verməyəcəyik”

Təhsil

1 Fevral 2010, 15:19

Ukrayna elektoratı fevralın 7-də keçiriləcək  prezident seçkilərinin ikinci turuna köklənib. Modern.az “İnterfaks”a istinadən xəbər verir ki, prezidentliyə namizədlər Regionlar Partiyasının lideri Viktor Yanukoviç və baş nazir Yuliya Timoşenko arasında siyasi qarşıdurma hər gün güclənir.  Timoşenko Yanukoviçi hakimiyyəti ələ keçirməkdə suçlayıb. “Narıncı ledi” prezident seçkilərində qalib gələrək rəqibinin siyasət yolunu bağlayacağını vəd edib. “Yanukoviç 2004-cü  ildə elədiklərini təkrarlamaq istəyir. Mərkəzi Seçki Komissiyasındakı hiylələr, seçki məntəqələrində və seçki dairələrindəki oyunlar və saxtakarlıqları görürük. Yüz minlərcə saxta səsdən istifadə edirlər”,-deyə Timoşenko bildrib. Onun sözlərinə görə, 2004-dən bu yana Yanukoviçin siyasəti və metodları dəyişməyib  

“2004-cü ildə olduğu kimi, sərt olmağa hazırıq. Bu şərtlər altında onun hakimiyyətə gəlməsinə izin verməyəcəyik” deyərək rəqibini hədələyən Timoşenko hədəflərinə necə yetişəcəkləri barədə danışıb. O, soyuqqanlı olacaqlarını, sakit və qanunlara  uyğun olaraq insanları birləşdirəcəklərini və bütün Ukraynanı müdafiə edəcəklərini deyib.

 

Yanukoviç də öz növbəsində Timoşenkonu ittiham edərək özünün güclü olduğu bölgələrdə Timoşenkonun seçkiləri pozmağa çalışdığını deyib. “Buna 100 faiz əminəm. Xüsusi olaraq da ölkənin şimal-şərqində fəaliyyətlərini bilirik”,-deyə Yanukoviç bildirib.

 

 

İkinci tur seçkiləri ilə əlaqadar keçirilmiş rəy sorğularına görə, Yanukoviç öndədir. Ukraynadakı Research & Branding Group-un keçirdiyi rəy sorğusuna görə, Timoşenkonun səslərin 31,6 faizini, Yanukoviçin isə 44,9 faizini əldə edəcəyi gözlənilir. Anketə görə, seçicilərin 9 faizi hər iki namizədin əleyhinə səs verəcək, 4 faiz isə seçkiyə getməyəcək.

 

 

Ukraynada seçkilər ərəfəsində və seçkilərdən sonra hadisələrin inkşafına dair 3 ssenari mövcuddur. Seçkilərdən sonra xalqın küçə və meydanlara axışacağı gözlənilir.

 

İlk ssenariyə görə, iki lider arasında fərq cəmi 3-4 faiz təşkil edəcək və qərb ölkələri seçkinin nəticələrini tanımasa, 2004-cü il president seçkilərinin  Timoşenko tərəfindən gerçəkləşdirilməsi ehtimalı çox yüksəkdir. 

İkinci ssenariyə görə, Yanukoviç seçkiləri 10-15 faiz səs çoxluğu ilə qazanır. Əgər qərb seçkilərin demokratik olduğunu  tanıyarsa, o zaman Timoşenkonun yeni meydan planı uğursuzluqla başa çatacaq. Timoşenko tərəfdarları bir neçə həftə küçələrdə qurulan çadırlarda gecələyəcək,  prezident kürsüsündə isə Yanukoviç əyləşəcək. 

3-cü ssenariyə görə, seçkilərdə Timoşenko qalib gəlir.  Bu durumda Yanukoviç tərəfdarları mavi inqilab üçün küçələrə axışacaq. Moskvanın proseslərə müdaxilə ehtimalının zəifliyi və qərbdən  gələn təpkilər səbəbilə Yanukoviçin tərəfdarlarının etirazları bir nəticə verməyəcək.

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!