Modern.az

Milli Prioritetlər əhalinin rifahının daha da yaxşılışdırılmasına gedən ən doğru yoldur

Milli Prioritetlər əhalinin rifahının daha da yaxşılışdırılmasına gedən ən doğru yoldur

25 Fevral 2021, 12:09

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 fevral 2021-ci il tarixində imzaladığı Sərəncamla təsdiq edilən “Azərbaycan 2030: social-iqtisadi inkişafa dair Milli Prioritetlər” proqramı qarşıdakı onillikdə ölkəmizin sosial-iqtisadi inkişafında müəyyən olunmuş əsas istiqamətləri önə çəkməklə, həm də onların respublikamızın əhalisinin rifahının daha da yaxşılaşdırılmasına gedən ən optimal yol olduğunu diqqətə çatdırır.

 

Burada söhbət sabit şəkildə artan rəqabətqabiliyyətli iqtisadiyyatdan; sosial ədalətə əsaslanan cəmiyyətdən; rəqabətədavamlı insan kapitalı və müasir innovasiyalar məkanından; erməni işğalından azad olunmuş ərazilərə tarixi qayıdışdan; təmiz ekoloji sistem və “yaşıl artım” ölkəsindən gedir.

 

Lerik ictimaiyyəti və biz ziyalılar qeyd olunan prioritetlərin vacibliyini dərindən dərk edir, onları inkişafın bir yol xəritəsi kimi dəstəkləyirik. Hər şeydən əvvəl, bizdə belə bir qənaət formalaşmışdır ki, bu prioritetlərin qorunmasına, reallığa çevrilməsinə xitmət etmək vətəndaşlıq borcumuzdur. Biz inanırıq ki, İkinci Qarabağ savaşından böyük zəfərlə çıxan dövlətimiz öz qarşısına mühüm vəzifələr qoyubsa, deməli ölkə rəhbərliyində və hökümətimizdə daha böyük inkişaf səviyyəsinə çatmağa hədsiz inam vardır.Bizi sevindirən daha bir cəhət ondan ibarətdir ki, sənəddə təkcə sosial-iqtisadi prioritetlər deyil, mədəni, psixoloji və sair amillər də nəzərdə tutulmuşdur.

 

İnanırıq ki, ölkə iqtisadiyyatına, o cümlədən infrastruktur sahələrinə xarici investisiyalar cəlb olunsa da, ölkəmizin iqtisadiyyatının öz müstəqilliyini qorumaq yönümündə də ciddi addımlar atılacaqdır.Əlbəttə, bu cəhətdən ən başlıca məsələ ölkə rəhbərliyinin dəfələrlə qeyd etdiyi kimi, iqtisadiyyatda qeyri-neft bölməsinin payının artırılmasıdır.

 

İqtisadiyyatda gedəcək dinamik inkişaf cəmiyyətimizin hər bir üzvünün gündəlik dolanışığında, güzəranında da öz əksini tapacaqdır.Konsepsiyadan göründüyü kimi, iqtisadi tərəqqinin ən müxtəlif modelləri inkişaf etdirildikcə, müasir səviyyəli səhiyyə xidmətinə, insan kapitalının ən yüksək səviyyəsinə, sosial müdafiə və ərzaq təhlükəsizliyi, təmiz ətraf mühitin yaradılması kimi məqsədlərə də nail olunacaqdır.

 

Ölkəmizin dayanıqlı inkişafını şərtləndirən amillərdən biri daha doğrusu ən birincisi, uğurla inkişaf edən təhsil sistemidir. “Ağıllı kənd”, “ağıllı şəhər” layihələrinin həyata keçirilməsinin başlıca mənbəyi əlbəttə ki, müasir innovasiyalara əsaslanan təhsildir. Xüsusilə də orta təhsildə ona nail olmalıyıq ki, şagirdlərimiz paralel təhsilə, repetitor məşğələlərinə ehtiyac duymasınlar.Orta məktəb proqramları, orta məktəbdə verilən biliklər məzunların ali təhsil ocaqlarına qəbul olunmasına və yaxud müstəqil həyata qədəm qoymalarına kifayət etsin.

 

Biz əminik ki, Milli Prioritetlərin yerinə yetiriləcəyi qarşıdakı on il ərzində iqtisadiyyatın bütün sahələrində qarşıya qoyulan məqsədlərə nail olacaq, əhalimizin rifahının daha yüksək səviyyəsinə qovuşacağıq.

 

Hüseynbala Əliyev - “Qabaqcıl təhsil işçisi”

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir