Modern.az

“Azadlıq” qəzeti İsa Qəmbərin açıqlamasını niyə yazmadı?

“Azadlıq” qəzeti İsa Qəmbərin açıqlamasını niyə yazmadı?

Aktual

29 Avqust 2012, 12:21

Müsavat başqanı İsa Qəmbərin prezident seçkilərində iştirak edəcəyilə bağlı dünənki  gözlənilməz açıqlaması onlayn media ilə yanaşı, yazılı mətbuatın də diqqət göstərdiyi əsas məsələ olub. İsa Qəmbərin bu bəyanatı və onun ətrafında formalaşan fikirlər bugünkü gündəlik qəzetlərin səhifələrində geniş əks olunub. Maraqlıdır ki, yalnız “Azadlıq” qəzeti bugünkü sayında İsa Qəmbərin prezidentliyə namizədliyinin irəli sürməsinə dair açıqlamasına yer verməyib. Bu nə ilə bağlıdır?

Modern.az-ın əməkdaşı məsələnin mahiyyətini dəqiqləşdirmək üçün “Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifovdan münasibət öyrənib. S.Şərifov İsa Qəmbərin dünənki çıxışının adi hal olduğunu qeyd edib:  

“Məncə, burada qeyri-adi heç nə yoxdur. Biz İsa Qəmbərin bu çıxışını sıradan bir çıxış sayırıq. Əlbəttə ki, bir partiya sədri iddialı da olmalıdır. Yenə qeyd edim ki, burada qeyri-adi heç nə yoxdur. İsa bəyin çox çıxışları olub ki, biz bəzən öz qəzetimizdə işıqlandırmışıq, bəzən də işıqlandırmamışıq. Bu, konkret “Azadlıq” radiosunda olmuş çıxışdır. Təbii ki, bu xüsusi mətbuat üçün verilən açıqlama deyildi. Biz də bugünkü sayımızda İsa bəyin çıxışını dərc etməmişiksə, bunu başqa cür başa düşməz düzgün deyil”, - deyə S.Şərifov vurğulayıb.  

 
Anar RÜSTƏMOV  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!