Modern.az

Azərbaycanlılar Türkiyədə pulsuz oxuyacaq

Azərbaycanlılar Türkiyədə pulsuz oxuyacaq

29 Avqust 2012, 13:01

Türkiyədə 2012-2013-cü il təhsil ilində universitetlərə qəbul olan tələbələr pulsuz təhsil alacaq. Bu barədə Türkiyə Baş naziri Rəcəb Tayyip Ərdoğan sərəncam imzalayıb. Bununla da 2012-2013-cü ildə ilk dəfə ali təhsil alan və distant təhsil alan tələbələr universitetlərdə ödəniş etməyəcəklər.

Modern.az xəbər verir ki, bu qərar Türkiyədə təhsil alan xarici tələbələrə də şamil olunacaq. Belə ki, Baş nazirin imzaladığı qərarda deyilir:

“Dövlətlərarası qarşılıqlı anlaşma çərçivəsində, Türkiyə universitetlərinə xarici ölkələrdən qəbul edilən tələbələrdən də ödəniş tələb olunmayacaq”


Sevinc İltifatqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?