Arxiv
26 Fevral 2021, 19:37 | AKTUAL
Türkiyə gəncləri “Xocalıya ədalət” tələb edir - FOTOLAR

Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Gənclər Fondu və Türkiyə Gənclər Fondu (TUGVA) tərəfindən İstanbul şəhərində silsilə tədbirlər təşkil olunub.

 

Fonddan Modern.az-a bildirilib ki, “Aya Sofya” məscidi qarşısında İstanbulda fəaliyyət göstərən yerli və xarici media qurumlarına Türkiyə gəncləri adından bəyanat səsləndirilib və televiziya kanallarına müsahibələr verilib. Bəyanatda Xocalı soyqırımının tanınması və cinayətkarların məsuliyyətə cəlb olunması ilə bağlı beynəlxalq təşkilatlara çağırış əks olunmuş və soyqırımı həqiqətlərinin yayılmasında Azərbaycanla həmrəylik ifadə edilmişdir.

 

Sonra TUGVA Mərkəzində Azərbaycan Gənclər Fondu və Türkiyə Gənclər Fondunun birgə həyata keçirdiyi “Qarabağ zəfəri” rəsm müsabiqəsinin qaliblərinin əsərlərindən ibarət sərginin açılışı baş tutub.

 

Həmçinin, Mərkəzdə Türkiyənin bütün bölgələrinin gənclərinin iştirakı ilə geniş onlayn tədbir keçirilmişdir. Tədbirdə Ermənistan hərbi birləşmələri tərəfindən törədilmiş Xocalı soyqırımı barədə məlumat verilmişdir. Bildirilmişdir ki, mülki azərbaycanlılara qarşı qətliam siyasəti Ermənistan siyasi-hərbi rəhbərliyinin fəaliyyətinin dəyişməz istiqaməti olmuşdur. 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun Qarabağı azad etdiyi 44 günlük Vətən müharibəsi dövründə də ermənilər tərəfindən şəhər və rayonlarımız atəşə tutulmuş, mülki insanlar qətlə yetirilmişdir. Cinayətkarların məsuliyyətə cəlb edilməsi və Xocalı soyqırımı qurbanlarının xatirəsinin uca tutulması naminə iki ölkə gənclərinin birgə təbliğat işini davam etdirəcəyi qərarlaşdırılmışdır.

 

Onlayn toplantıda Xocalı hadisələrinə həsr olunmuş, “Kiçik Oskar” adlandırılan “Accolade Qlobal Film Competition” nəşrinin ən yüksək mükafatına layiq görülmuş “Sonsuz dəhliz” filmi də nümayiş etdirilib. “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində çəkilmiş film toplantı iştirakçıları tərəfindən böyük diqqət və dərin kədərlə qarşılanıb.

 

Tədbirlərdə Türkiyə Gənclər Fondunun sədri Enes Eminoğlu, Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Millət vəkili Naqif Həmzəyev və Xocalı soyqırımının canlı şahidi, Xocalıda atası və 7 yaşlı bacısı qətlə yetirilən Xəzəngül Əmirova çıxış etmişlər.

 

Tədbirlər çərçivəsində hər iki ölkə nümayəndələrinin iştirakı ilə İstanbulun Sarıyer bölgəsində Heydər Əliyev parkında Ulu Öndər Heydər Əliyevin abidəsi və “Xocalı” abidəsinin ziyarət edilməsi də nəzərdə tutulmuşdur.

 

Türkiyə gəncləri ‘XOCALIYA ƏDALƏT’ tələb edir (FOTO) - Gallery Image Türkiyə gəncləri ‘XOCALIYA ƏDALƏT’ tələb edir (FOTO) - Gallery Image Türkiyə gəncləri ‘XOCALIYA ƏDALƏT’ tələb edir (FOTO) - Gallery Image Türkiyə gəncləri ‘XOCALIYA ƏDALƏT’ tələb edir (FOTO) - Gallery Image Türkiyə gəncləri ‘XOCALIYA ƏDALƏT’ tələb edir (FOTO) - Gallery Image Türkiyə gəncləri ‘XOCALIYA ƏDALƏT’ tələb edir (FOTO) - Gallery Image Türkiyə gəncləri ‘XOCALIYA ƏDALƏT’ tələb edir (FOTO) - Gallery Image Türkiyə gəncləri ‘XOCALIYA ƏDALƏT’ tələb edir (FOTO) - Gallery Image
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Ümid edirik ki, ABŞ administrasiyası tarixi səhvə yol verməyəcək” 23 Aprel 2021, 14:37 Kütləvi dini ibadət və mərasimlərin icazəsiz keçirilməsi qadağan olunur 23 Aprel 2021, 14:32 Uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağan olunur 23 Aprel 2021, 14:26 Müqəddəs yerlərə ziyarətlərin təşkili qaydası müəyyənləşir 23 Aprel 2021, 14:20 Ermənistanda daha bir nazir istefa verdi 23 Aprel 2021, 14:14 “Dni cərəyanlar uşaqları öz tərəfinə çəkir, başlarına oyun açır” - Vitse-spiker 23 Aprel 2021, 14:08 Deputat açıq havada toylara icazə verilməsini TƏKLİF ETDİ 23 Aprel 2021, 14:02 Hollandiya azərbaycanlıları sabah Ermənistan səfirliyi önünə TOPLAŞACAQ 23 Aprel 2021, 13:56 İcbari tibbi sığortanı ödəməyənləri bu cəzalar gözləyir 23 Aprel 2021, 13:50 Qarabağda subartezian quyuları qazılacaq - SƏRƏNCAM 23 Aprel 2021, 13:45 “Azərbaycanla İsrail arasındakı münasibətlərin potensialı yüksəkdir” - Mikayıl Cabbarov 23 Aprel 2021, 13:44 Adı səhvən şəhid olanların siyahısına düşən ZABİT 23 Aprel 2021, 13:38 Elm və innovasiya fondlarının statusu dəyişir 23 Aprel 2021, 13:34 Müharibə veteranlarının vahid informasiya bazası yaradılacaq 23 Aprel 2021, 13:28 Şəhidlərin və şəhid ailəsi üzvlərinin elektron reyestri yaradılacaq 23 Aprel 2021, 13:23 Milli Məclis insan alveri ilə bağlı hesabatı qəbul etdi 23 Aprel 2021, 13:18 Prezidentdən 5 rayonun su probleminin həlli ilə bağlı SƏRƏNCAM 23 Aprel 2021, 13:14 Pişik koronavirusdan öldü - Dünyada ilk 23 Aprel 2021, 13:10 Dövlət sosial sığorta şəhadətnaməsi ləğv olundu 23 Aprel 2021, 13:05 “Səfirliklərimizin yaxşı işləməməsi bu problemi daha da artırır” - Sabir Rüstəmxanlı 23 Aprel 2021, 13:00 ATU-da yeni TƏYİNAT 23 Aprel 2021, 12:56 “Narkomaniya ilə bağlı mübarizədə istədiyimiz nəticəni ala bilmirik” - Fazil Mustafa 23 Aprel 2021, 12:52 Koronavirusa görə oruc tutmamaq günah sayılırmı? - AÇIQLAMA 23 Aprel 2021, 12:46 Polşa səfiri Rusiya XİN-ə çağırıldı 23 Aprel 2021, 12:42 Nazirlikdən hava XƏBƏRDARLIĞI 23 Aprel 2021, 12:37 Sosial sığorta üzrə daxilolmalarda qeyri-büdcə təşkilatlarının payı artıb - Nazir 23 Aprel 2021, 12:32 Ronaldu maaşının azaldılmasına razıdır - "Mançester Yunayted"ə keçidi üçün 23 Aprel 2021, 12:28 Siyavuş Novruzov insan alverindən DANIŞDI: “...filmlər çəkilir” 23 Aprel 2021, 12:27 "Bu, etibarlı münasibətlərimizə kölgə salmaq deməkdir" - Ülvi Quliyev 23 Aprel 2021, 12:25 Bakıda məktəbdən “AK-74” avtomatı oğurlanıb 23 Aprel 2021, 12:22 İcra başçısı COVID-19 əleyhinə peyvəndin ikinci dozası vurulub 23 Aprel 2021, 12:17 İnsan alverinə səbəb olan erkən nikahların qarşısı alınmalıdır - Deputat 23 Aprel 2021, 12:12 I sinfə qəbulla bağlı Alternativ Qeydiyyat Mərkəzləri fəaliyyət göstərəcək 23 Aprel 2021, 12:06 Hindistanda oksigen BÖHRANI 23 Aprel 2021, 12:00 Sabah Bakının yolları növbəti dəfə dezinfeksiya ediləcək 23 Aprel 2021, 11:54