Modern.az

Fələstinin Azərbaycandakı səfri ADU-da - FOTO

Fələstinin Azərbaycandakı səfri ADU-da - FOTO

29 Avqust 2012, 13:46

Avqustun 29-da Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili, professor Səməd Seyidov Fələstinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nasir Əbdül Kərəm A.Rəhim ilə görüşdü. Rektor Səməd Seyidov qarşıdan gələn yeni tədris ilində ADU-ya qəbulun 50% artdığını səfirin diqqətinə çatdırdı.
O, Universitetdə Qərb dilləri ilə yanaşı, Şərq ölkələrinin dillərinin də tədris olunduğunu dedi.  Səməd Seyidov  Çin, Yapon dillərinin tədrisinin də ADU-da uğurla aparıldığını qeyd etdi. Rektor Səməd Seyidov rəhbərlik etdiyi ali təhsil ocağında 2011-2012-ci tədris ilində Ərəbşünaslıq ixtisasının açıldığını xatırlatdı. ADU-da bu istiqamət üzrə artıq 10 tələbənin təhsil aldığını bildirdi. Səfir Ərəbşünas tələbələrlə görüşmək məqsədilə yeni tədris ilində bir daha ADU-ya dəvət etdi.  

Səfir Nasir Əbdül Kərəm A.Rəhim, öz növbəsində, ADU-nun Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində Ərəbşünaslıq ixtisası üzrə təhsil alan tələbələrlə tanışlıq və ünsiyyətdən maraqlı olduğunu söylədi. Səfir yeni dərs ilində tələbələrə mühazirə oxumaqdan məmnunluğunu dilə gətirdi.   Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir