Modern.az

Əli Məsimli BMT-yə müraciət olunmasını təklif edib

Əli Məsimli BMT-yə müraciət olunmasını təklif edib

Təhsil

1 Fevral 2010, 15:49

Modern.az xəbər verir ki, deputat Əli Məsimli Milli Məslisin bu günkü iclasında Dağlıq Qarabağ münaqişəsilə bağlı qətnamələr icra olunmadığı üçün BMT-yə müraciət göndərilməsini təklif edib: “Ermənistanın işğal etdiyi ərazilərlə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr indiyə qədər yerinə yetirilmir. Bu səbəbdən parlamentin adından BMT-yə müraciət etməyə ehtiyac var". Əli Məsimlinin sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrini icra etmək əvəzinə Azərbaycandan Dağlıq Qarabağın statusu ilə bağlı referendum keçirilməsi tələb olunur. "Bu tələb Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlikdir"- deyə millət vəkili bildirib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür