Modern.az

Emin Milli: “İsa Qəmbər o zaman başqanlıqdan imtina etməliydi”

Emin Milli: “İsa Qəmbər o zaman başqanlıqdan imtina etməliydi”

Aktual

29 Avqust 2012, 16:19

“Dediyim odur ki, Müsavat partiyası o zaman səhv buraxıb. Siyasi səhvlər buraxılanda isə partiya və ya siyasi blok liderləri onun məsuliyyətini daşıyır”

“İsa Qəmbər bir dəyərdir, amma getməlidir”. Bu barədə tanınmış bloqqer, özünün sualı ilə ölkə gündəmini dəyişdirən Emin Milli Müsavat başqan İsa Qəmbərin “Azadlıq” radiosunun canlı efirindəki çıxışını Modern.az saytına şərh edərkən bildirib.

“Mən İsa Qəmbəri kifayət qədər cəsarətli insan hesab edirəm. Dediyim odur ki, Müsavat partiyası o zaman səhv buraxıb. Siyasi səhvlər buraxılanda isə partiya və ya siyasi blok liderləri onun məsuliyyətini daşıyır. Partiyanın qərarı ilə razı deyildisə,  o zaman başqanlıqdan imtina etməli idi. Qərarı qəbul edibsə, deməli məsuliyyət daşıyır”-deyə E.Milli vurğulayıb..

“İsa Qəmbər küçəyə çıxsaydı mənəvi qələbə onun tərəfində olacaqdı, çıxmayıbsa, bu siyasi səhv olub. İkincisi, hökümət daha sərt ola bilməzdi, sadəcə onu həbs edəcəkdilər. Onu öldürsə idilər onda vəziyyət tam şəkildə nəzarətdən çıxa bilərdi. Hakimiyyətiin insanları küçələrdə öldürmək planının olmasını nə İsa bəy, nə də mən subut edə bilərik. Amma bu hakimiyyət siyasi liderləri indiyə qədər meydanda öldürməyib. Bu faktdır. Hökümətin içindən İsa bəyə məlumat verən insanların ona həqiqəti, ya da yalan dediklərini subut edə bilmərik. Mən düşünürəm ki, hökümət qırğına gedə bilməzdi. Amma əgər bu baş versə idi belə, məsuliyyət hökümətin üstündə qalacaqdı”.  

Emin Milli bildirib ki, potensial seçicinin hər zaman İsa Qəmbərə bu sualı vermək haqqı var. “Bunun üçün Müsavat üzvü olmaq lazım deyil. Siyasi liderin borcu bu suala cavab verməkdir. Burada da İsa Qəmbər fikirlərində səhv edir”.

“Əbülfəz Ellçibəy xalqın ona verdiyi hakimiyyəti qorumağa necə borclu idisə, İsa Qəmbər də xalqın ona verdiyi mandatı bütün qanuni və qeyri-zorakıllıq yolları illə qorumalı idi”-deyən E.Milli bildirib ki, demiokartik hərəkata yeni yanaşmalar və yeni liderləri irəli çəkmək lazımdır”.

X. SƏFƏROĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır