Modern.az

Marneulidə ölümlə nəticələnən ağır faciə

Marneulidə ölümlə nəticələnən ağır faciə

Aktual

28 Fevral 2021, 08:58

Marneuli Bələdiyyəsinin Saimerlo kəndində ölümlə nəticələnən ağır faciə baş verib.

 

Modern.az yerli medialara istinadən xəbər verir ki, hadisə nəticəsində 83 yaşlı qadın yanaraq həlak olub. Sözügedən kənd sakinlərinin verdiyi məlumata görə, qadın əkin sahəsindəki yararsız otları yandırıb və alov gücləndikdən sonra qadının üzərindəki geyiminə düşüb.

 

Yaşlı qadının geyiminə düşən alov onun bədəninin bir hissəsini yandırıb. Hadisə yerinə polis və təcili tibbi yardım çağrılıb, ancaq onu xilas etmək mümkün olmayıb.

 

Yaşlı qadının nəşi ekspertiza üçün Rustaviyə aparılıb faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!