Modern.az

Şəmkir sakini tanışı tərəfindən bıçaqlandı

Şəmkir sakini tanışı tərəfindən bıçaqlandı

28 Fevral 2021, 09:19

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

 

Modern.az-ın məlumatına görə, hadisə Kür qəsəbəsində qeydə alınıb.

 

Qəsəbə sakini İlham Hüseynov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

 

Araşdırma zamanı məlum olub ki İlham Hüseynov tanışı – Gündüz Zeynalov tərəfindən  bıçaqlanıb. Hadisəni törədən şəxs polis tərəfindən saxlanıb.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır