Modern.az

Gürcüstanda müxalif partiyaların liderləri bir araya gəldi

Gürcüstanda müxalif partiyaların liderləri bir araya gəldi

28 Fevral 2021, 09:59

Müxalif partiyalar hazırda "Vahid Milli Hərəkat" partiyasının ofisinə toplaşaraq görüş keçirirlər.

 

Modern.az Gürcüstan mediasına istinadla xəbər verir ki, görüşdən öncə açıqlama verən müxalifət liderləri, toplantıda gələcək planlarını müzakirə edəcəklərini bildiriblər. Müxalif liderlər, həmçinin partiyaların mövqeləri barədə də müzakirələr aparılacağını qeyd ediblər.

 

Onlar həmçinin, etirazlarının davamlı şəkildə olacağını və bu səbəbdən bir çox fəaliyyətlərin planlaşdırlmalı olduğunu bildiriblər. Müxalifət nümayəndələrinin fikrincə, mövcud vəziyyəti müzakirə etmək üçün gündəlik ünsiyyətə ehtiyac var.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub