İsveç Azərbaycanlılarının Koordinasiya Şurasının təşəbbüsü ilə Norveç və Finlandiya Azərbaycanlılarının Koordinasiya Şuraları ilə birlikdə Xocalı Soyqırımı şəhidlərinin anım toplantısı keçirilib.
Modern.az xəbər verir ki, Xocalı Soyqırımının 29-cu ildönümünə həsr olunmuş toplantıda İsveçin, Norveçin, Finlandiyanın, Almaniyanın, Türkiyənin və Azərbaycanın bir cox təskilatlarının, dərnəklərinin təmsilçiləri, bədii qiraət ustaları və onların yetirmələri istirak ediblər.
İsveç Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisi İradə Əliyeva Söderberg toplantıını açıq elan edib, iştirakçıları salamlamışdır. Sonra iştirkçıları anım toplantısının proqramı ilə tanış edib.
İsveç-Azərbaycan Kültür Dərnəyi ODLAR YURDU-nun sədri Sevinc Nemətova (Bakılı) Xocalı Soyqırımı zamanı qətlə yetirilənlərin, şəhidlərimizin əziz xatirəsini dərin hüznlə yad edib və doğma Azərbaycanımızdan dəvət etdiyi, Xocalı Soyqırımı haqqında hazırladıqları çıxış və şeirləri ilə toplantıda iştirak edən bir qrup uşaqlarımızı, gənclərimizi və onların müəllimini həmvətənlərimizə təqdim edib.
Anım toplantısında tarix üzrə fəlsəfə doktoru, dosent Boran Əziz “Xocalı Soyqırımı: səbəbləri, həyata keçirilmə üsulları və nəticələri” mövzusunda çıxış edib.
Sonra siyasətçi, tarix elmlər namizədi, dosent, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Xocalının rəsmi statusu, Xocalıya hökmən qayıdacağımızla bağlı fikirlərini bildirmişdir. Anım toplantısında bədii qiraət ustası Bəhiyyə Nağıyeva və onun şagirdləri – “Xəzər” bədii qiraət dərnəyinin üzvləri gözəl poeziya çələngi ilə çıxış etmişdilər.
Toplantıda başqa qonaqlara və həmvətənlərə bu barədə söz deməyə və suallar verməyə imkan yaradılıb. Mühazirəçilər iştirakçıların müxtəlif suallarını cavablandırlıblar.
Toplantıda həmçinin Şirzad Pirallahi və Günay Məmmədova “Şəhid andı” şeirini iştirakçılara təqdim edibdirlər.
Sonda İradə Əliyeva Söderberq Xocalı Soyqırımının 29-cu ildönümünə həsr olunmus məsafədən toplantı iştirakçılarına görə hamıya tək-tək təşəkkür edib.