Modern.az

İranda ötən gün virusdan ölənlərin sayı açıqlandı

İranda ötən gün virusdan ölənlərin sayı açıqlandı

28 Fevral 2021, 15:19

İranda ötən sutka ərzində 93 nəfər yeni növ koronavirusdan (COVID-19) ölüb.

 

Modern.az-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

 

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 60073 nəfərə yüksəlib.

 

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 8010 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1631169 nəfərə çatıb. Virus daşıyıcılarından 3732 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

 

Sadat Lari qeyd edib ki, İranda indiyədək 1393125 nəfər koronavirusdan sağalıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir