Modern.az

Rusiya Müdafiə Nazirliyindən Qarabağ AÇIQLAMASI

Rusiya Müdafiə Nazirliyindən Qarabağ AÇIQLAMASI

Qarabağ

28 Fevral 2021, 23:41

"Rus sülhməramlıları vəziyyətin gecə-gündüz izlənilməsini və Dağlıq Qarabağda atəşkəs rejiminə əməl olunmasına nəzarəti davam etdirirlər".

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, 27 müşahidə məntəqəsində Rusiya sülhməramlıları vəziyyəti gecə-gündüz izləyir və atəşkəsə əməl olunmasını izləyirlər. Atəşkəs bütün təmas xəttində müşahidə olunur.

  

Minalardan Təmizləmə Mərkəzinin mühəndis və istehkamçı qrupları Dağlıq Qarabağ ərazisinin minalardan təmizlənməsi üzrə işləri davam etdirir.

 

Ümumilikdə, 23 noyabr 2020-ci ildən bəri 1535 hektar ərazi, 478 km yol, 30 sosial əhəmiyyətli obyekt daxil olmaqla 1512 yaşayış binası partlamamış hərbi sursatlardan təmizlənib, 24 962 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib.

 

Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək hadisələrin qarşısını almaq üçün səyləri əlaqələndirmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır.

 

T.İSMAYIL

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır