Modern.az

Küveytli jurnalist Qarabağda gördüklərindən dəhşətə gəlib

Küveytli jurnalist Qarabağda gördüklərindən dəhşətə gəlib

Aktual

1 Mart 2021, 14:38

Küveyt Elektron Media Birliyinin rəhbəri Feysəl Xəlifə Əs-Səvvağ bəyanat yayaraq, Azərbaycan ordusunun Ermənistan silahlı qüvvələrindən azad etməyə müvəffəq olduğu ərazilərdəki dağıntı səhnələrini pisləyib.

 

Bu barədə Modern.az-a Azərbaycanın Küveydəki səfirliyindən məlumat verilib.

Feysəl Xəlifə Əs-Səvvağ Azərbaycan Respublikasının Prezident Administrasiyası və Xarici İşlər Nazirliyinin dəvətilə ölkəmizə səfəri çərçivəsində işğaldan azad edilmiş rayonlara etdiyi ziyarət zamanı qeyd edib ki, hər bir şeyi, o cümlədən məscidləri, binaları, xəstəxanaları əhatə edən dağıntı və vandalizm, qətl, insanları doğma yurdlarından didərgin salma, qəbirlərin talan edilməsi kimi əməllər təcəvüzkarın vandal və vəhşi olmasına şübhə yeri qoymur.  

 

Əs-Səvvağ beynəlxalq ictimaiyyətdən və İslam dövlətlərindən suverenlik və ərazi bütövlüyünü qorumaqda, bu amansız təcavüzlə mübarizədə öz vətəndaşlarını müdafiə etməkdə Azərbaycanı dəstəkləməyi, sözügedən cinayətlərə görə Ermənistanı məsuliyyətə cəlb etməkdə qətiyyətli mövqe sərgiləməyi tələb edib.

 

 Əs-Səvvağ eləcə də Ermənistanın insan hüquqlarını və beynəlxalq müqavilələri pozmasının, bu cür cinayətlərin yenidən baş verməsinin və ya qonşu dövlətlərin suverenliyinə təcavüzünün, həmin dövlətlərin vətəndaşlarının terrorla üzbəüz qalmasının təkrarlanmaması üçün BMT Təhlükəsizlik Şurasının beynəlxalq təhlükəsizlik və sülhün qorunmasında öz rolunu yerinə yetirməsinin zərurətini vurğulayıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!