Modern.az

Deputat: “Keçmiş icra başçısının məndən inciməyə haqqı yoxdur”

Deputat: “Keçmiş icra başçısının məndən inciməyə haqqı yoxdur”

30 Avqust 2012, 12:35

Quba Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Rauf Həbibovun adı yenidən gündəmə gəlib. Sabiq başçısının Quba olayları ilə bağlı Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə verdiyi ifadəsi mediada yayılıb.

Rauf Həbibovun bu yaxınlarda Qubada olması barədə Modern.az-a məlumlar daxil olub. Bildirilir ki, o, məhkəmə işlərilə əlaqədar Qubaya dəvət edilib, sonra rayonu tərk edib. O da qeyd edilir ki, R.Həbibov Qubadan seçilmiş deputatlarla görüşmək istəsə də, onun bu cəhdi nəticəsiz qalıb.
Əməkdaşımız xəbəri dəqiqləşdirmək üçün Quba rayonundan seçilən millət vəkili Yevda Abramovla əlaqə saxlayıb. Deputat keçmiş icra başçısı ilə əlaqələri kəsdiyini və onunla görüşmək istəmədiyini bildirib.

“Rauf Həbibov vəzifədən getdikdən sonra mən onunla əlaqəni kəsmişəm. Nə ona zəng vururam, nə də maraqlanıram. O, vəzifədən çıxdıqdan sonra bir dəfə də olsa görüşməmişik. Bu hadisələrdən sonra onun Qubaya gəlib-gəlməməsi haqda məlumatım yoxdur. Vəzifədən kənarlaşdırılan adamla mənim nə əlaqəm ola bilər? Onun məndən inciməyə haqqı da yoxdur. bundan sonra da mən onunla maraqlanmaq fikrində deyiləm. Rauf Həbibov məndən inciməsin”, - deyə Y.Abramov qeyd edib.

Bu ilin mart ayında Quba Rayon İcra Hakimiyyətinin başçısı Rauf Həbibova qarşı kütləvi etiraz aksiyası keçirilib. Bir neçə gün davam gərgin aksiyadan sonra R.Həbibov vəzifədən istefa verməyə məcbur olub.

Anar RÜSTƏMOV

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər