Modern.az

DYP: “Təxliyə zamanı dəyən zərəri onu həyata keçirən struktur ödəməlidir”

DYP: “Təxliyə zamanı dəyən zərəri onu həyata keçirən struktur ödəməlidir”

Aktual

30 Avqust 2012, 12:59


Hər gün “dayanmaq qadağandır” yol nişanının təsir zonasında parklanan avtomobillərin evakuasiya edilərək müvəqqəti mühafizə olunan dayanacaqlara daşınması ilə rastlaşırıq. Bəzən bu maşınları necə gəldi yükləyib, necə gəldi düşürürlər, maşınlara görə heç bir məsuliyyət də daşımırlar. Belə olan halda bəzi insanların maşınına zərər dəyir. Zərərin ödənilməsinə gəlincə isə bu məsələ ortada problem olaraq qalır. Amma DYP-nin evakuasiya maşını hər hansı bir nəqliyyat vasitəsinin qadağan olunan yerdən maşına qaldırarkən ona zərər yetirsə də, onu təmir etdirməkdən imtina edir.

Bəs görəsən bu xərci kim ödəməlidir?

“Avtomobil.az” saytının redaktoru Seymur Yunusov Modern.az-a açıqlamasında bildirib ki, evakuasiya olunan maşınların hamısı sığortalanmalı və bundan sonra daşınmalıdır. “Elə şirkətlər var ki, reklamlarında maşınları sığortalayıb daşıdıqlarını qeyd edirlər. Amma nə dərəcədə buna əməl edirlər, bunu demək olmur. Burada rəqabət o dərəcəyə çatıb ki, şirkətlər sığortalı şəkildə avtomobilləri daşıdıqda, bu zaman qiymətlər yüksəlir. Burada ona görə fərdi şəkildə daşıyanlar var ki, artıq istər-istəməz müştəri onlar tərəfə axır. Avtomobil avtomatik olaraq evakuasiya maşınının belinə götürüldükdə sığortalanmalıdır və daşınmalıdır”.

S. Yunusovun sözlərinə görə, bəzən evakuasiya zamanı hər hansı bir sənədə imza da atılmır. Bu da sonradan baş verən problemlərin həllində çətinlik yaradır: “Burada hamısı nağd şəkildə və qeydiyyatsız formada həyata keçirilir. Bu hal sonradan yaranan problemlərdən yayınmağa bir növ şərait yaradır. Əgər buradakı əməliyyatlar kağız üzərində həyata keçirilərsə, müştəriyə qəbz verirlərsə, bu zaman sığorta da burada qüvvəyə minər. Sığorta qüvvəyə mindikdə evakuasiyanın qiyməti ciddi deyil, cüzi şəkildə artacaqdır. Sığorta olsa, belə problemlər olanda heç bir narazılıq olmaz”.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib ki, evakuasiya zamanı maşına dəyən zərər daşınan orqan tərəfindən ödənilməlidir. Şöbə rəisinin sözlərinə görə, BDYPİ evakuasiya xidməti dayanma, durma qaydasını pozan maşınları təxliyə edərkən onlara zərər vurarsa, əlbəttə, təxliyə edən orqan maddi zərəri ödəməlidir.

Anar Kəlbiyev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür