Modern.az

Məşhur Türk yazarın əsəri Azərbaycana dilinə tərcümə olundu

Məşhur Türk yazarın əsəri Azərbaycana dilinə tərcümə olundu

30 Avqust 2012, 14:32

Sabahdan  Türkiyənin məhşur  yazarı İsgəndər Palanın "OD" əsərini Azərbaycan dilində  "Əli və Nino" kitab mağazaları şəbəkəsində (Park Bulvar, MetroPark-Nərimanov metrosunun yaxınlığı, Z.Tağıyev küçəsi 19, Nizami küçəsi 91 ünvanda yerləşən satış məntəqələrində)  əldə edə biləcəksiniz. "OD" əsəri Azərbaycan dilində millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin layihəsi çərçivəsində nəşr olunub.
Türkiyədə ən çox oxunan kitablardan biri olan "OD" əsərinin Azərbaycan dilində yayım haqları Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nə aiddir.
Təşkilat kitabın satışından əldə olunacaq vəsaiti Azərbaycan Qızıl Aypara Cəmiyyətinin xətti ilə Təbriz, Əhər, Heris, Vəzirgan bölgələrində zəlzələdən zərər çəkmiş azərbaycanlılara göndərəcək.
Türkiyənin ən tanınmış yazarlarından biri olan  İsgəndər Palanın öz bənzərsiz qələmilə oxuculara çatdırdığı Yunus Əmrə hekayətini Azərbaycan türkcəsində Nəriman Əbdülrəhmanlı çevirib. Qeyd edək ki, yaxın zamanlarda əsərin müəllifi İsgəndər Pala Qənirə Paşayevanın dəvəti ilə Azərbaycana səfər edəcək. Səfər çərçivəsində  onun bir sıra maraqlı proqramları,  oxucularla görüşü, söyleyişisi də nəzərdə tutulub.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir