Modern.az

Türkiyəli jurnalistlər sabah Quba məzarlığına gedəcəklər

Türkiyəli jurnalistlər sabah Quba məzarlığına gedəcəklər

Təhsil

1 Fevral 2010, 18:38

Azərbaycanda səfərdə oilan Türkiyə Jurnalistlər Birliyi sədrinin müavini, Alanya Qəzetçilər Cəmiyyətinin sədri Mehmet Ali Dimin başçılıq etdiyi bir qrup türkiyəli jurnalist fevralın 1-də Milli Məclisdə görüşlər keçiriblər.

Modern.az xəbər verir ki, qonaqlar azərbaycanlı jurnalistlərin parlamentdəki iş şəraiti ilə tanış olublar. Türkiyəli jurnalistlər Milli Məclisdə mətbuat xidmətinin rəhbəri Akif Nəsirov, parlamentin mədəniyyət komitəsinin sədri Nizami Cəfərov, deputat Qənirə Paşayevlə ayrı-ayrılıqda görüşüblər. Bundan başqa, qonaqları Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Ramil Həsənov da qəbul edib. Bütün görüşlərdə Türkiyə-Azərbaycan münasibətləri, iki ölkənin media qurumları arasındakə əlaqələrdən söz açılıb.   Sabah isə türkiyəli jurnalistlər Quba məzarlığına gedəcəklər.

Türkiyəli jurnalistlər Azərbaycana Parlament Jurnalistlər Birliyinin dəvəti ilə gəliblər. Səfərin məqsədi Parlament Jurnalistlər Birliyinin beynəlxalq əlaqələrini genişləndirmək, eləcə də xarici ölkə jurnalistlərinin vasitəsilə Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqdır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir