Modern.az

Qarant İnvest-in 1 yaşı tamam olub

Qarant İnvest-in 1 yaşı tamam olub

30 Avqust 2012, 17:50

Şirkət bir il ərzində investorlara xarici şirkətlərin səhmlərin alınmasında yardımçı olub

Qarant İnvest broker şirkətinin yaranmasından artıq bir il keçir. Şirkətin əsas fəaliyyəti öz müştəriləri üçün beynəlxalq maliyyə bazarlarında investisiya sahəsində vasitəçilik xidmətlərindən ibarətdir. Şirkət 12 ay uğurlu fəaliyyəti ərzində bir sıra investora xarici şirkətlərin səhmlərin alınmasında yardımçı olub, həmçinin İsveçrə bankı ilə əməkdaşlığı sahəsində  bazara öz Foreks məhsullarını təqdim edib. Beləliklə, Qarant İnvest Azərbaycanda yeganə lisenziyalaşdırılmış və fəaliyyəti ancaq xarici investisiyalara yönəlmiş broker şirkətidir.       

Şirkət investisiya və broker fəaliyyətindən başqa həmçinin maarifləndirici tədbirlər həyata keçirir. Belə ki, maliyyə, maliyyə analizi və investisiya sahəsində təlimlərin və seminarların keçirilməsi şirkətin fəaliyyətinin bir hissəsidir. Şirkət bu yöndə Azərbaycan Dövlət İqtisad Universiteti və Qafqaz Universiteti kimi ali təhsil ocaqları ilə əməkdaşlıq edir. Beləliklə, Qarant Invest bir il öz fəaliyyəti ərzində təxminən 1000-ə yaxın tələbəyə seminar və təlimlər keçirmiş, cari ilin yayında isə müxtəlif ali təhsil ocaqların 100-ə yaxın tələbəsini təcrübə keçmək üçün öz sıralarına qatmışdır.

“Bu gün artıq Qarant İnvest şirkətinin yaranmasından düz 1 il vaxt keçir. Bu ili şirkət üçün çox uğurlu qiymətləndirirəm. Bu il şirkətimiz 5 il müddətinə broker fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb. Bundan başqa şirkət çox qısa vaxt kəsiyində özünü tanıda bildi və inkişaf etdi. Növbəti illərdə də bu uğurumuzu davam etdirmək niyyətindəyik. Bizim  uğurumuz bizim müştəriləmizin uğurudur və çox şadam ki, bu müddət ərzində müştərilər ilə şirkət arasında isti münasibət yaranıb. Qarant İnvest-ə olan bu inam öz növbəsində bizim gələcək fəaliyyətimizi stimullaşdırır” – deyə Qarant İnvest şirkətinin direktoru Fərid Səttərov bildirib.       

Qeyd edək ki, şirkətin çox qısa zaman ərzində bazara təqdim etdiyi internet məhsulları Qarant İnvest şirkətinin özünə məxsus kanalında məhşur Youtube saytında yerləşdirilir. Eyni zamanda şirkət öz internet saytında həftəlik “Forex Weekly” informasiyalı-analitik bülletenini təqdim edir. Qarant İnvest 2011-ci ildə Azərbaycanın ən iri holdinqlərindən  olan ZQAN Holding tərəfindən yaradılıb. Şirkət 2011-ci ilin noyabr ayında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 5 il müddətinə broker fəaliyyətilə məşğul olmaq üçün lisensiya alıb. 


Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir