Modern.az

Bakıda quzu gəzdirən şəxslər cərimələnib? - DİN-dən açıqlama

Bakıda quzu gəzdirən şəxslər cərimələnib? - DİN-dən açıqlama

Aktual

3 Mart 2021, 09:36

“Axşam saatlarında Bakı şəhərinin mərkəzində quzu gəzdirən vətəndaşlar saxlanılıb və sərbəst buraxılıb”.

 

Bunu Modern.az-ın sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib.

 

E.Zahidov qeyd edib ki, vətəndaşlara cərimə yazılmayıb:

 

“Pandemiya dövründə insanların sıx toplaşmasına səbəb olan hərəkətlər etdiklərinə görə ərazidən uzaqlaşdırılıblar. Profilaktik söhbət aparılıb, vəziyyət izah olunub və sərbəst buraxılıblar”.

 

Qeyd edək ki, Bakının mərkəzində quzuya uşaq bezi geyindirib gəzdirən gənclərlə bağlı məlumat sosial şəbəkədə ictimailəşdirilib. 

 

 

Sizə yeni x var
Keçid et
Azərbaycanla sərhəd bölgəyə hücum - Ö*lənlər var - Gündəm Masada - Media Turk TV