Modern.az

Modern.az-ın 3 yaşına - DEPUTATLARIN RƏYİ

Modern.az-ın 3 yaşına - DEPUTATLARIN RƏYİ

31 Avqust 2012, 07:51


Sentyabrın 1-də Modern.az saytının 3 yaşı tamam olur. 3 il bundan əvvəl - 2009-cu il sentyabrın 1-də əsası qoyulan sayt, onun fəaliyyəti barədə Milli Məclisin deputatları öz fikirlərini bölüşüblər.

Zahid Oruc Modern.az saytının kollektivinin, yaradıcı heyətinin 3 yaşının tamam olması ilə təbrik edərək bildirib ki, ilk baxışdan xəbər portalının daha çox yaşının olduğunu düşünüb.

“Çünki görülən işlər, təqdimat, informasiya əhatəliliyi, prosesləri izləmək bacarığı o qədər çox olub ki, yalnız təcrübəli, peşəkarlıqla işi görən qurum bu təəssüratı cəmiyyətdə yarada bilər. Halbuki? yaxşı bilirəm ki, kiçik resurslarla, az komanda üzvləri ilə çox ağır şəraitdə hörmət etdiyim Elşad Eyvazlı bu işi görə bilib. Modern.az saytı bu gün özünəməxsus auditoriyaya məxsusdur. İnformasiya məkanında yer qazanıb. Ən başlıcası onu xarakterizə edən keyfiyyətlər-səmimiyyət, hansısa məsələyə gerçəkçi münasibət, qərəzdən uzaqlılıq, birmənalılıq, Azərbaycan dövlətçiliyi və milli amalların üstün tutulmasıdır”.
Z.Oruc qeyd edib ki, Modern.az saytı daha artıq dərəcədə parlament çevrəsində təsis olundu və onun informasiya kütləsinin əsas hissəsini Milli Məclisin fəaliyyətini işıqlandırmaq təşkil edir. “Bu da başa düşüləndir, çünki Elşad Eyvazlı Parlament Jurnalistlər Birliyinin sədridir.
Təmsil etdiyim Bərdə bölgəsi ilə əlaqədar, onun quruculuğuna aid informasiyaları ilk növbədə Modern.az saytında yerləşdirmişəm. Bu rayonun tarixi üçün də önəmli olub. Həm də bu gün istənilən zamanda o informasiyanı xronika halında təqdim etmək mümkündür. Bizim tərcümeyi-halımızı, keçdiyimiz yolu əks etdirmək baxımından çox faydalıdır. Hesab edirəm ki, parlamentin fəaliyyətini qiymətləndirmək üçün Modern.az saytını yaxından təqib etmək, izləmək yetərlidir. Azərbaycan ictimai həyatına, siyasi proseslərə münasibət üçün də Modern.az saytı ən yaxşı tribuna olub. Qarşıdakı illərdə operativliyini artırmasını, maliyyə mənbələri qazanmasını arzu edirəm”.

Çingiz Qənizadə:
-
Hesab edirəm ki, Modern.az saytı Azərbaycan mətbuatında öz sözünü deyən xəbər portallarından biridir və kifayət qədər oxunan və sevilən saytlardandır. Düzü sizin yaşınızın belə çox az olmasını heç bilmirdim. Hesab edirdim ki, siz artıq neçə illərdir fəaliyyət göstərirsiniz. Çünki o qədər əhatəli və operativ informasiyalarla işləyirsiniz ki, bu görünür sizin professionallığınızdan irəli gəlir. Onu qeyd edim ki, məndən götürülən fikirlər, məlumatlar dəqiq və səhih olaraq sizin saytınızda öz əksini tapıb. Yəni indiyə qədər olmayıb ki, hansısa bir məsələ də öz narazılığımı və etirazımı bildirim. Belə hesab edirəm ki, tək mən deyil, parlament üzvlərinin böyük əksəriyyətinin kim ki, mətbuata öz əlaqə nömrələrini açıq qoyub, onlarla sizin işiniz görünür və heç kimə ayrı-seçkilik qoymadan müxtəlif insanlar, hətta parlamentin sessiyalarında çıxış etməyən insanlar da bəzən sizin saytınızda qısaca da olsa, öz fikirlərini bildirirlər. Bu olduqca maraqlıdır. Belə hesab edirəm ki, siz öz yerinizi təsdiq etmiş və sübut etmiş saytlardan birisiniz. Mən sizə uğurlar diləyirəm.

Ayaz Orucov bildirib ki, Modern.az nəinki onun, eləcə də deputatların hamısının fəaliyyətini layiqincə işıqlandırır.
“Modern.az saytına münasibətim çox yaxşıdır. Saytın əməkdaşları çox professional, olduqca şəffaf çalışırlar. Düşünürəm ki, əvvəlki olduğundan daha yaxşı çalışaraq Azərbaycan reallıqlarını Azərbaycan insanlarına, eləcə də bütün ictimaiyyətə lazımınca çatdırasınız”.

Fərəc Quliyev ümumiyyətlə Modern.az-ın şəxsən ona münasibətinin necə olmasından asılı olmayaraq, saytın fəaliyyətini bəyəndiyini qeyd edib.
“Çünki mütəmadi olaraq Azərbaycanın ən aktual problemlərini gündəmdə saxlayır. Ciddi sayt kimi fəaliyyət göstərir və bəzi saytlardan fərqli olaraq şou, qarayaxmalarla məşğul deyil. Həm ad günü münasibətilə təbrik edirəm, həm də ümid edirəm ki, bundan sonra da Modern.az kamilləşəcək və Azərbaycanda seçilən saytlardan biri olacaq. Uğurlar arzu edirəm”.

Rövşən Rzayev də Modern.az saytının fəaliyyətini yüksək qiymətləndirdiyini deyir.

“Saytın fəaliyyətindən çox razıyam. Bundan da böyük uğurlar arzu edirəm. Bütün əməkdaşlarınıza təşəkkür edirəm. Allah etsin ki, Modern.az bundan da böyük nailiyyətlərə çatsın, ən birinci, dolğun və düzgün informasiyanı verə bilsin. Və arzu edirəm ki, ilk dəfə Azərbaycanın bütövlüyü xəbərini birinci Modern.az versin”.

Bəxtiyar Sadıqov isə həmkarlarından fərqli olaraq Modern.az saytını daimi izləmədiyini bildirib. Buna baxmayaraq, o, saytın 3 yaşının tamam olması münasibəti ilə uğurlar arzu edib.

“Sizi daim oxuyub izləyirəm desəm, yalan demiş olaram. Amma sizə uğurlar arzulayıram. Arzu edirəm ki, oxucuların sevimlisinə çevriləsiniz, daim sizə müraciət edənlərin sayı artsın və 10 yaşınız olanda indikindən 10, 100, 1000 dəfə qabaqda olasınız”.

Tahir Rzayev Modern.az saytının fəaliyyətindən çox razı olduğunu qeyd edib. “Başqa deputatlar kimi Modern.az saytının əməkdaşları mənə də müraciət edib. Obyektiv, hərtərəfli faktların işıqlanmasında çox müsbət rolu var. O cümlədən deputat həmkarlarım da mənimlə razı olar ki, bir dəfə də olsun ki, bu saytdan giley, şikayət eşitməmişəm, faktlara qərəzli münasibət bəsləməyib. Fəaliyyəti uğurludur və arzu edərdim ki, daha yaxşı yola doğru inkişaf edəsiniz”.

Elxan Süleymanov Modern.az saytının fəaliyyətini, deputatlarla təmasda olmasını, aktiv iştiraklarını, deputatların  fəaliyyətlərini hərtərəfli işıqlandırmasını təqdirəlayiq hesab edir.

“Kollektivinizi təbrik edirəm. Bütün deputatların ən böyük amalı seçicilərinə xidmətdir. Gələcəkdə arzu edərdim ki, Modern.az deputat fəaliyyətində deputatların seçicilərinin xidmətində durmasını, onların problemlərində iştirakını daha ön plana çəksin. Deputatın fəaliyyəti parlament iclaslarında oturub qanunvericilikdə, xarici siyasətdə iştirak deyil, əsas fəaliyyəti seçicilərinə diqqətdir. Millət vəkilinin də əsas amalı seçicinin problemlərində iştirakı və onlarla birlikdə həyat yaşamasıdır”.

Əhməd Vəliyev: “Modern.az ən yaxşı saytlardan biridir, bəlkə də birincilərindəndir. Onun ən yaxşı cəhətlərindən biri odur ki, hər şeyə obyektiv şəkildə qiymət verir və işıqlandırır. Parlamentin fəaliyyətini işıqlandırmasını da bəyənirəm. Ümumiyyətlə, Modern.az bütün məsələlərə münasibətdə həmişə obyektiv münasibət gözləyir”.  

Sabir Rüstəmxanlı Modern.az saytının fəaliyyətini belə qiymətləndirib: “3 yaşınızı təbrik edirəm, uğurlar arzulayıram. Həm də onu deyə bilərəm ki, Modern.az saytının əməkdaşları tez-tez mənə zəng vurur və mənə aidiyyatı olan və olmayan çoxlu məsələlərlə bağlı suallar verirlər və onları da işıqlandırırlar. Bu bir növ fəaliyyətinizin çevikliyini göstərən əlamətlərdən biridir və güman edirəm ki, bu informasiya şəbəkəsində yerinizi yavaş-yavaş möhkəmləndirirsiniz, uğurlar arzu edirəm”.

Musa Quliyevin fikrincə, Modern.az maraqlı, hərtərəfli istiqamətdə, uğurla fəaliyyət göstərən bir saytdır.
“Modern.az təkcə parlamentin, deputatların fəaliyyətini işıqlandırmır, həm də ölkəmizdə, dünyada gedən ictimai-siyasi, mədəni, idman proseslərini vaxtlı-vaxtında, çox dəqiq, eyni zamanda öz nöqteyi-nəzəri olmaqla izah edir, informasiya verir və insanlara çatdırır. Modern.az respublikamızda ən çox baxılan, ən çox öz üzərində işləyən, peşəkarlığını artıran saytlardan biridir. Eyni zamanda sayt orijinallığı ilə seçilir. Modern.az saytının verdiyi informasiyalar, açdığı müzakirələr, analitik təhlillər təkcə millət vəkillərinin, Milli Məclisin aparat işçilərinin deyil, bütövlükdə oxucuların, oradan informasiya alan bütün vətəndaşlarımızın marağına səbəb olur. Həmişə Modern.az sosial əhəmiyyət, maraq kəsb edən məsələləri ön cərgəyə çıxardır və onlara dəqiq, obyektiv qiymət verir. İnformasiya məkanında ən tərəfsiz saytlardan biridir. Modern.az saytı ilə həvəslə əməkdaşlıq edirəm, əməkdaşlarını təbrik  edirəm. Arzu edirəm ki, 30 illiyini biz keçirək, 300 illiyini isə nəticələrimiz, kötücələrimiz keçirtsin”.

Elmira Axundova bildirib ki, Modern.az Milli Məclisin, eyni zamanda deputatların fəaliyyətini çox yaxşı işıqlandırır.
“Hesab edirəm ki, yeganə saytdır ki, təfərrüat, dolğunluqla, obyektiv faktlarla biz deputatların fəaliyyətini işıqlandırır. Buna görə Modern.az saytına minnətdaram. Heç vaxt sensasiya dalınca qaçmır, çalışır ki, bütün deputatlarla obyektiv, normal münasibətləri saxlasın, heç kimi heç vaxt təhqir etmir, yoxlanılmamış məlumatı vermir. Bəzi informasiyaların verilməsində geciksə belə,  onu daha obyektiv, dolğun verməyə çalışır. Buna görə də Modern.az saytından razıyam. Deputatlarla qeyri-rəsmi söhbətlər edir, deputatların uşaqlıq və gənclik xatirələri, şəkillərini verir. Auditoriya üçün maraqlı olan məlumatları çox ziyalı formada insanlara çatdırır. Masallıya gedəndə, orada aksiya keçiriləndə ilk növbədə Modern.az saytına müraciət edirəm. 3 yaş adi yaş deyil, eləcə də böyük yaş da deyil, eyni zamanda sayt üçün balaca da yaş deyil. Arzu edirəm ki, auditoriyanız gündən-günə genişlənsin və təzə-təzə oxucuları, ziyalı təbəqəsini özünə qarşı istiqamətləndirsin”.

Rüstəm Xəlilov Modern.az saytının fəaliyyətini çox yüksək qiymətləndirir. Onun fikrincə, sayt Milli Məclisin bütün sahələrini əhatə edir, orada olan prosesləri lazımi səviyyədə işıqlandırırlar. “Hər gün biz parlamentarilər olaraq Modern.az saytı ilə maraqlanırıq və görürük ki, Milli Məclisin işini real, düzgün işıqlandırır. Ölkədə gedən proseslər də cəmiyyətə çatdırılır”.

Fəzail İbrahimli qeyd edib ki, Modern.az saytının fəaliyyətini müsbət qiymətləndirir. Onun sözlərinə görə xəbər portalı kifayət qədər əhatəli formada fəaliyyət göstərir, həyatın bütün sahələrinə toxunur.
“Yəni siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir kəsə münasibətində çox ədalətli və obyektivdir. İkincisi, insanlara münasibətində, onların şəxsiyyətinə, həyat fəaliyyətinə daha diqqətli yanaşmağa cəhd edir. Həyatın bütün sahələrini əhatə edir. KİV qarşısında duran tələbləri ödəyə bilir və ən əsası saytın əməkdaşları çox səmimi və insansevərdirlər”.

Flora Qasımova da digər həmkarları kimi Modern.az saytının fəaliyyətindən çox razıdır. “Eyni zamanda bu xəbər portalı mənim fəaliyyətimi də yetəri qədər işıqlandırır. Ümumiyyətlə, Modern.az saytının hər şeyə öz mövqeyi var. Bundan əlavə, başqa saytlara baxmasam və təkcə Modern.az saytını oxusam, hər şeydən xəbərim olur”.

Ülvi Quliyev bildirib ki, Modern.az  saytının fəaliyyətini yüksək qiymətləndirir. “Seçilmiş saytlara gündəlik baxarkən, eyni zamanda Modern.az saytına da həvəslə diqqət yetirirəm. Həm də Modern.az saytının bir çox jurnalistləri ilə dostluq əlaqələrimiz yaranıb. Milli Məclisdə də görüşəndə onlarla müəyyən fikirlərimizi bölüşürük, müəyyən fikir mübadiləsi aparırıq. Kollektivi təbrik edirəm, uğurlar arzu edirəm.

Modern.az-ın informasiyaların tez, sürətli şəkildə çatdırılmasında, maarifləndirilmə işlərinin aparılmasında böyük rolu var. Ən əsası isə Modern.az Milli Məclisin deputatları ilə sıx əlaqədardır, daim onlarla ünsiyyətdədir, aktual məsələlər burada yüksək səviyyədə işıqlandırılır, maraqlı olan problemlər qaldırılır”.

Fazil Mustafa tam səmimi olduğunu bildirərək deyir ki, öz dəsti-xəttinə, mövzuları əhatə etməsinə görə ən xoşuna gələn saytlardan biri Modern.az-dır.
“Elə aktual, cəlbedici məsələləri tapıb ortaya çıxarırlar, münasibətlər öyrənirlər ki, eyni zamanda bütün bunları məhdud imkanlarla etmək yaxşı mənada istedadlı kollektivin əməyidir. Hər halda uğurlu olduğunuzu düşünürəm. Bu 3 il müddətində kifayət qədər populyarlaşmışınız. Fərq qoymadan hamının fikirləri orada dərc edilir və ən önəmlisi parlament jurnalistlərinin rəylərini, baxışlarını əks etdirir. Bizim üçün də xoşdur ki, belə saytla vaxtaşırı əməkdaşlıq edək və öz fikirlərimizi cəmiyyətə çatdıraq. Ümid edirəm ki, saytın gələcəkdə də Azərbaycan media məkanında önəmli yeri olacaq”.

Sahib Alıyevin fikrincə, Milli Məclisin fəaliyyətinin işıqlandırılması istiqamətində informasiya saytlarında liderlik Modern.az saytına məxsusdur. “Bundan başqa, burada hər bir deputatın fəaliyyəti onun fəallıq dərəcəsinə uyğun olaraq işıqlandırılır. Kollektivi təbrik edirəm və yaradıcılıq uğurları arzu edirəm”.

Jalə Əliyeva 3 yaşının tamam olması münasibətilə Modern.az-ın gənc kollektivini təbrik edərək bildirib ki, Azərbaycan internet məkanına qədəm qoyduqları vaxtdan sayt öz dəsti-xətti ilə seçilib.
“Bu da ondan irəli gəlirdi ki, ilk dəfə parlament jurnalistikasının fəaliyyətini əks etdirən bir sayt meydana gəlirdi. Bu diqqət çəkən oldu, ətrafında böyük maraq yaratdı. Düşünürəm ki, Modern.az öz fəaliyyəti ilə parlamentin işini, iclaslarını açıq şəkildə geniş oxucu kütləsinə çatdıra bilir. Eyni zamanda deputatların fəaliyyəti, seçiciləri ilə görüşü, ölkədən kənardakı fəaliyyətini də işıqlandırır. Millət vəkillərinin ailə üzvləri, alışqanlıqları ilə bağlı çox maraqlı mövzulara toxunurlar. Uğurlar arzu edirəm”.

Aqil Abbas qeyd edib ki, Modern.az saytının operativliyində bir az zəiflik olmasına baxmayaraq, xəbər portalını izləyir və orada gedən məlumatları oxuyur. “Hər sayta müsahibə vermirəm, amma sizin saytdan nə vaxt zəng olsa, yolda, maşında olmağıma baxmayaraq müsahibə verirəm. Kollektiv xoşuma gəlir, yəqin ki, daha böyük işlərə imza atarsınız”.

Məlahət İbrahimqızı bildirib ki, Modern.az çox ləyaqətli saytdır, qərəzsiz, obyektiv məlumatlar yayır.
“Əminəm ki, gələcəkdə Modern.az Azərbaycanda ən reytinqli saytlardan olacaq və bu gün də ən oxunaqlı saytlardandır. Hesab edirəm ki, 3 ilin qısa müddət olmasına baxmayaraq, Modern.az bu meyarlara cavab verib. Bu gün informasiya tələbatı ehtiyacını ödəyir. Çalışırsınız ki, informasiya mühitində özünüzün yaxşı imicinizi saxlayasınız. Gələcəkdə sayt resurslarını artıracaq və əməkdaşları daha peşəkar jurnalistlər olacaq, xoş xəbərlər verəcək. Ümidvaram ki, Qarabağın işğaldan azad xəbərini də Modern.az verəcək”.

Eldar Quliyev də deyir ki, 3 yaşın böyük yaş olmamasına baxmayaraq, 3 ildə Modern.az böyük reytinq qazanıb.
“Hamı sizi tanıyır, çoxlu həqiqətləri yazan saytlardan biri olmusunuz. Ən əsası odur ki, saytda bir dəfə də  olsun şər görməmişəm. Ağı ağ, qaranı qara yazmısınız. Arzu edirəm ki, bundan da böyük zirvələrə qalxasınız”.

Mübariz Qurbanlı Modern.az saytının fəaliyyətini müsbət qiymətləndirir.

“Bu sayt həm Milli Məclisin, həm ictimai-siyasi həyatımızın müxtəlif mövzuları ilə bağlı məlumatlar yayır. Eyni zamanda Modern.az beynəlxalq miqyasda erməni təbliğatına qarşı informasiyaların yayılmasında da iştirak edir. Bəzən Modern.az saytında dəqiq olmayan məlumatlara, qeyri-ciddi, obyektivlikdən uzaq yazılara da rast gəlirəm. Bütün bunlara baxmayaraq, hesab edirəm ki, fəaliyyəti normaldır və 3 yaşını da təbrik edirəm”.

Aydın Mirzəzadə Modern.az saytının səviyyəsindən və yanaşma tərzindən çox razıdır.

“Bir qrup gənc jurnalist oxunaqlı, maraqlı internet qəzeti ortaya qoya bilib. Həm parlamentin fəaliyyəti işıqlandırılır, həm də cəmiyyət məsələlərinə toxunulur. Mənim də barəmdə saytda obyektiv və qərəzsiz informasiyalar verilib. Eyni zamanda saytda depuatat həmkarlarım haqqında da maraqlı məlumatları oxuyuram, onların açıqlamaları ilə tanış oluram. 3 yaşınız münasibəti ilə bütün kollektivi təbrik edirəm”.

Elman Məmmədov bildirib ki, Modern.az aktual, gündəlikdə olan məsələləri daim işıqlandıran, yayan, eyni zamanda parlamentin işinin işıqlandırılmasında da fəal iştirak edən bir saytdır. Həmişə mənimlə əlaqə saxlayan və fikirlərimizi ictimaiyyətə çatdıran bir saytdır. Təbrik edirəm, həm də uğurlar arzu edirəm”.

İlyas İsmayılov: “Modern.az çox oxunan saytdır. Burada işləyən jurnalistlərə təşəkkür edirəm ki, daim mənəvi məsələlərə üstünlük verirlər. Parlamentin, həm də deputatların fəaliyyətini işıqlandırır, eyni zamanda respublika üçün maraqlı məsələlərə aydınlıq gətirirsiniz. Sizi alqışlayıram və arzu edirəm ki, 100 illiyinizi qeyd edək, inkişaf edəsiniz”.

Sahibə Qafarovanın fikrincə, Modern.az parlamentin işini çox aktiv işıqlandırır. “Saytda eyni zamanda parlament səhifəsi də var. Burada həm Milli Məclisin, həm də deputatların fəaliyyətini kifayət qədər aktiv işıqlandırırsınız. Təbrik edirəm, uğurlar arzu edirəm”.

Musa Qasımlı: “Səmimi olaraq söyləyirəm ki, hər gün açıb oxuduğum bir neçə sayt varsa, onlardan biri Modern.az-dır. Hər şeydən əvvəl ona görə, Modern.az saytının rəhbəri Azərbaycan Parlament Jurnalistlər Birliyinin rəhbəridir. Mənim üçün maraqlıdır, görəsən Parlament Jurnalistlər Birliyinin rəhbəri bu saytda Milli Məclisin ayrı-ayrı deputatlarının fəaliyyətini necə işıqlandırır? İndiyə qədər oxuduğum materiallar əsasında söyləyə bilərəm ki, Modern.az-dakı materiallar çox ciddi, tələbkar, peşəkar bir səviyyədə hazırlanır. Burada cəmiyyətimizdə ikrah doğuran xəbərə, şəklə rast gəlmərsiniz. Modern.az-da çalışan gənclər bacarıqlı və qoçaqdırlar. Onlar istədikləri məlumatı müsahibindən ala bilir. Bu saytın fəaliyyət göstərməsini yalnız müsbət qiymətləndirirəm. Modern.az təpədən dırnağa qədər Azərbaycan dövlətçiliyimizə, vətənpərvərliyimizə, milliyyətçiliyə, tariximizə və mədəniyyətimizə hörmət ruhlu məqalələri ilə mənim yadımdadır”.

Aytən Əliyeva

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır