Arxiv
4 mart 2021, 17:00 | AKTUAL
Yaponiya səfiri Gəncədə səfərdədir - FOTOLAR

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Yaponiyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada ilə görüşüb. Səmimi söhbət şəraitində keçən görüşdə bir sıra məsələlər müzakirə olunub.

 

Modern.az xəbər verir ki, Niyazi Bayramov qonağı salamlayaraq, qədim tarixə malik olan Gəncənin sənaye, mədəniyyət,idman və digər sahələri barədə ətraflı məlumat verib. O bildirib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə bu il ölkədə  dahi mütəfəkkir Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə “Nizami ili” elan edilib. Bu isə Nizami yurdu kimi tanınan qədim Gəncə üçün böyük əhəmiyyət kəsb edir. 

 

Niyazi Bayramov həmçinin, qonağın nəzərinə çatdırıb ki, Gəncə Azərbaycanın ikinci  böyük sənaye şəhəridir. Burada Beynəlxalq Hava Limanı,Gəncə Avtomobil Zavodu, “AzərAlüminium” MMC, “Gəncə Şərab - 2” kimi iri sənaye müəssisələri fəaliyyət göstərir.

 

Niyazi Bayramov onu da bildirib ki, Vətən müharibəsi zamanı cəbhə xəttindən aralıda yerləşən Gəncə Ermənistan silahlı qüvvəlləri tərəfindən raket atəşinə məruz qalıb. Nəticədə 26 dinc sakin həlak olub, 120-dən çox şəxs ağır xəsarət alıb, yaşayış binalarına, infrastruktur obyektlərinə, tarixi və dini abidələrə, təhsil və səhiyyə ocaqlarına ciddi ziyan dəyib.

 

Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada görüşdən böyük məmnunluq hissi duyduğunu qeyd edib. O, regionlara ilk rəsmi səfərinin Gəncədən başladığını söyləyib. Səfir müharibə zamanı  baş verən hadisələrdən məyus olduğunu dilə gətirərək mülki əhaliyə  yönələn terror aktlarını pisləyib.

 

Səfir qeyd edib ki, Gəncəyə gəlişinin əsas məqsədi hər iki ölkə arasında iqtisadi, sosial, idman, mədəniyyət və digər sahələrdə mövcud olan əlaqələrin genişləndirilməsidir.  Cuniçi Vada xatırladıb ki, Yaponiya höküməti Azərbaycanda təhsil, səhiyyə və idman sahələrinin inkişafına yönələn iki yüzdən çox kiçik qrant layihələr  icra edib ki, onlardan da 10-a yaxını Gəncənin payına düşür. Səfir bu əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını dilə gətirib. 

 

Görüşdə Yaponiyanın Gəncədə icra etməyi düşündüyü layihələr ətrafında müzakirələr aparılıb. Bunlardan ən önəmlisi məişət tullantılarının emal edilərək alternativ enerji əldə edilməsi istiqamətində görüləcək işlərlə bağlı olub. Həmçinin, Niyazi Bayramov Gəncənin Yaponiyanın sənaye şəhərlərindən bir ilə qardaşlıq əlaqələrinin qurulmasını təklif edib.Bu fikri müsbət qarşılayan Cuniçi Vada  Yaponiya və Azərbaycan arasında qurulan diplomatik əlaqələrin 30-cu ildönümü münasibətilə 2022-ci ilin “Dostluq İli” elan edildiyini bildirib.  “Dostluq İli” çərivəsində Gəncədə də bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

 

Görüşdən sonra Yaponiya səfiri Cuniçi Vada Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində dağılan ərazilərə baş çəkib. Ermənilərin törətdiyi terror aktının nəticələri ilə yerində tanış olub.  Gün ərzində səfir Gəncənin bir sıra idman və mədəniyyət ocalqarında da olacaq.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ramazanın 6-cı günün duası - iftar və imsak vaxtı 19 Aprel 2021, 04:20 Avropada futbol qalmaqalı 19 Aprel 2021, 01:00 “Ayaks” 20-ci ölkə kubokunu qazandı 19 Aprel 2021, 00:50 Boksçumuz dünya birinciliyində 1/4 finala çıxdı 19 Aprel 2021, 00:38 Türkiyədə meşə yanğınları PUA-larla izlənəcək 19 Aprel 2021, 00:22 Goranboyda karantinlə bağlı reyd keçirildi - FOTO 19 Aprel 2021, 00:05 Bakıda yol qəzası - xəsarət alan var 18 Aprel 2021, 23:56 Hərbi Qənimətlər Parkına insan axını: Girişdə uzun növbə yarandı - VİDEO 18 Aprel 2021, 23:40 Heydər Əliyev prospektində qəza tıxac yaratdı - FOTO 18 Aprel 2021, 23:23 İraqda hərbi bazaya raket hücumu - yaralananlar var 18 Aprel 2021, 23:18 Rusiya 20 Çex diplomatını ölkədən qovdu 18 Aprel 2021, 23:06 Messidən bir oyunda üç REKORD 18 Aprel 2021, 22:53 Cüdoçularımız Avropa çempionatını iki medalla başa vurdu 18 Aprel 2021, 22:40 Yol polisi Biləsuvarda reyd keçirdi - FOTO 18 Aprel 2021, 22:24 ABŞ Navalnıya görə Rusiyanı HƏDƏLƏDİ 18 Aprel 2021, 22:08 Rusiya MN-dən Qarabağ AÇIQLAMASI 18 Aprel 2021, 21:56 İki paraatletimiz İtaliyada qızıl medal qazandı 18 Aprel 2021, 21:42 Türkiyədə daha bir zəlzələ 18 Aprel 2021, 21:30 Türkmənistan Prezidentinə ağır itki üz verdi 18 Aprel 2021, 21:19 Türkiyədə koronavirusdan rekord sayda ölüm 18 Aprel 2021, 21:05 Ferstappen Formula 1-də birinci oldu 18 Aprel 2021, 20:54 Lənkəranda bacı bacını bıçaqladı 18 Aprel 2021, 20:49 "Kəşfiyyatçı diplomat" olayı böyüyür - Çexiya səfiri Rusiya XİN-ə çağırıldı 18 Aprel 2021, 20:38 “Atalanta” “Yuventus”u geridə qoydu 18 Aprel 2021, 20:27 NASA helikopteri Marsda ilk uçuşunu keçirəcək 18 Aprel 2021, 20:13 “YAŞAT” 2 min 881 şəhid ailəsini ziyarət edib 18 Aprel 2021, 20:04 Bitkoinin qiyməti 11 faizdən çox ucuzlaşdı 18 Aprel 2021, 18:58 “Paşinyan məğlubiyyətə görə hərbçiləri günahkar bilir” - Zakaryan 18 Aprel 2021, 18:45 "İndiki gəncliyin hər biri özünü şəhid ruhunda hiss etməlidir" 18 Aprel 2021, 18:38 Qazaxda minik maşını aşdı - xəsarət alanlar var   18 Aprel 2021, 18:08 Ağstafada 17 yaşlı qız sirkə turşusundan zəhərləndi 18 Aprel 2021, 18:00 Bu gün peyvənd olunanların sayı açıqlandı 18 Aprel 2021, 17:45 Xaçmazda iki maşın toqquşdu - xəsarət alanlar var  18 Aprel 2021, 17:30 Silah anbarlarını Rusiya kəşfiyyatının partlatdığı üzə çıxdı 18 Aprel 2021, 17:15 İŞİD Kərkükdə hərbçiləri atəşə tutdu 18 Aprel 2021, 17:05