Modern.az

Sərdar Cəlaloğlu MTN-ə müraciət etdi

Sərdar Cəlaloğlu MTN-ə müraciət etdi

31 Avqust 2012, 13:34

ADP sədri Sərdar Cəlaloğlu Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri Eldar Mahmudova məktub göndərib. Bu barədə Modern.az-a ADP mətbuat xidmətindən məlumat verilib.
S.Cəlaloğlunun məktubunda qeyd edilir ki, “İngiltərənin “Tax Justice Network” qeyri-hökumət təşkilatının 1993-2010-cu illərdə bütün dünya üzrə vergidən yayınma halları üzrə apardığı tədqiqatın nəticələrini əks etdirən “Offşor zonaların qiyməti” adlı hesabatı açıqlanıb. Əksəriyyəti inkişaf etməkdə olan 139 ölkə üzrə aparılan tədqiqatın nəticələrindən məlum olur ki, 1993-2010-cu illər ərzində dünya üzrə 21 trilyon dollar vəsait vergidən gizlədilib. Hesabatın Azərbaycanla bağlı bölümündə bu illər ərzində ölkəmizdən gizli və oğurluq yollarla 48 milyard dollar vəsait çıxarılıb. Bu oğurlanan məbləğin ən minimal səviyyəsidir. Çünki, daşınan və daşınmaz əmlakla bağlı kapital qoyuluşları 48 milyarda daxil deyil. 48 milyard vəsaitə yalnız bank vasitəsilə iri şirkətlərin, holdinqlərin ölkədən çıxararaq oğurladığı vəsaitlər daxildir. “

Məktubda hesabatda Azərbaycanla bağlı əks olunan bu faktlar ölkəmizin iqtisadi təhlükəsizliyini ciddi təhdid edən hal kimi dəyərləndirilir və MTN nazirindən bu faktın araşdırılması, oğurluq faktında iştirak edən fiziki və hüquqi şəxslərin məsuliyyətə cəlb edilməsi və ölkədən oğurlanan 48 milyardın geriyə qaytarılması imkanları istiqamətində təxirəsalınmaz tədbirlər görülməsi tələb edilir.

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?