Modern.az

İran Azərbaycanla viza rejimini ləğv etmədi

İran Azərbaycanla viza rejimini ləğv etmədi

31 Avqust 2012, 14:09

İran İslam Respublikasının Azərbaycana qarşı tətbiq etdiyi müvəqqəti viza rejiminin vaxtı bu gün baça çatır. Rəsmi Tehran Azərbaycana göndərdiyi notada  bu ölkədə keçirilən Qoşulmama Hərəkatına Üzv Ölkələrin zirvə toplantısında təhlükəsizlik tədbirləri ilə bağlı avqustun 5-dən 31-dək Azərbaycanla müvəqqəti viza rejiminin tətbiq ediləcəyini bildirmişdi.

  Modern.az-ın əməkdaşı viza rejiminin nə zaman aradan qalxacağını öyrənmək üçün İranın Azərbaycandakı səfirliyilə əlaqə saxlayıb. Səfirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib ki, hələlik bu haqda heç nə deyə bilməzlər.   “Bizdə hələlik bununla bağlı rəsmi məlumat yoxdur. Deyə bilmərik viza rejimi nə zaman ləğv ediləcək. İlk növbədə bizə bu haqda rəsmi bildiriş göndərilməyib”, - deyə səfirlikdən bildirilib.  

Anar RÜSTƏMOV
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi