Modern.az

Regionda əməkdaşlıq prinsiplərinə hörmət vacibdir

Regionda əməkdaşlıq prinsiplərinə hörmət vacibdir

5 Mart 2021, 09:00

 

Dünyada ilk dövlətlər yaranandan günümüzə kimi onlar arasında münasibətlərin əsasını sülh və əməkdaşlıq prinsipləri təşkil etmişdir. Təəssüf ki, qonşularına qarşı işğalçılıq siyasəti yeridən dövlətlər həmişə öz siyasətləri ilə təkcə özlərinin deyil, bütövlükdə regionun hərtərəfli inkişafına mane olmuşlar. Sülh və əməkdaşlıq prinsiplərini özünə prioritet istiqamət götürən dövlətlər isə əksinə olaraq mənsub olduqları regionun ümumi inkişafına çalışmışlar. 1994-cü ilin mayın 12-də Ermənistan-Azərbaycan müharibəsində atəşkəs elan olunmasından dərhal sonra Cənubi Qafqaz regionunun ümumi inkişafı üçün əlverişli şərait yarandı. Ulu Öndər H.Əliyevin uzaqgörən siyasətinin nəticəsi olan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin, Bakı -Tbilisi-Qars dəmiryolunun çəkilməsi, TANAP, TAP layihələrinin reallaşması təkcə Azərbaycan Respublikasının deyil, bütövlükdə reğionun hərtərəfli inkişafına şərait yaratdı. Amma ölkəmizə qarşı təcavüzkar siyasətindən əl çəkməyən Ermənistan bu möhtəşəm layihələrdən kənarda qaldı.

 

Bu gün yaşadığımız regionda Vətən müharibəsində qazandığımız qələbə, işğal altında olan doğma ərazilərimizin mənfur düşməndən azad edilməsi ilə yeni bir reallıq və yeni əməkdaşlıq prespektivləri formalaşır. 10 noyabr 2020-ci il və 11 yanvar 2021- ci il tarixində Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin üçtərəfli bəyanatlarından sonra region üçün yeni kommunikasiya imkanları yaranıb. Azərbaycan üçün yeni iqtisadi imkanlar yaradacaq və tranzit gəlirlərini artıracaq, Azərbaycan ərazisindən keçməklə Rusiyaya çəkiləcək nəqliyyat dəhlizi dövlətimizin tranzit imkanlarını artırmaqla yanaşı, regional əməkdaşlığa marağı olan digər ölkələrin də bu imkandan faydalanmasına imkan yaradacaq. Bütün bunlar Rusiyanın dəmiryolu vasitəsi ilə Türkiyəyə, İrana çıxmasına, Türkiyənin Mərkəzi Asiyanın türk dövlətləri ilə əlaqələrinin genişlənməsinə, ümumilikdə regionun hərtərəfli inkişafına, sonda isə dövlətlər arasında mehriban qonşuluq əlaqələrinə xidmət edəcəkdir. Əlbəttə, Ermənistan öz işğalçılıq siyasətindən əl çəkdiyi təqdirdə onun da faydalanmaq şansı var.

 

Azərbaycanın Ermənistanın işğalına son qoyması regionda yeni ideyaların və siyasətin formalaşmasına gətirib çıxarıb. Ölkəmiz Türkiyə və Pakistanla hərbi texniki əməkdaşlığı inkişaf etdirməklə üçtərəfli yaxınlaşmaları həyata keçirir. Türkiyə ilə birlikdə bu yaxınlarda keçirilən hərbi təlimlər regionda sülhün və əməkdaşlığın bundan sonra da davamlı olmasına şərait yaradır. 

 

Bu gün Qarabağ münaqişəsi Azərbaycan üçün bitib. Çünki Qarabağın statusu heç bir sənəddə təsbit olunmayıb. Azərbaycan müəyyən məsələləri Rusiya ilə həll etməli  olacaq. Ona görə də Rusiya ilə münasibətlərin qarşılıqlı əməkdaşlığa əsaslanmaqla qorunub saxlanılması bütöv regionun gələcək inkişafına və davamlı sülhün uzunömürlü olmasına imkan yaradacaqdır.

 

M.Əmiraslanov:    Hacıqabul rayon Ə.Əliyev adına Talış kənd tam orta məktəbi

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!