Modern.az

Novruz Aslanov seçiciləri qəbul edib - FOTOLAR

Novruz Aslanov seçiciləri qəbul edib - FOTOLAR

5 Mart 2021, 11:31

Millət vəkili Novruz Aslanov ölkədə epidemioloji-sanitar vəziyyəti nəzərə alaraq, deputat seçildiyi İsmayıllı rayon sakinlərinin xüsusi rejimli karantin dövründə ehtiyaclarının qarşılanması məqsədilə münasib vaxtlarda rayona gedərək, öz ofisində seçicilərini qəbul edir.

         
Mart ayının 4-də Novruz Aslanov İsmayıllı rayonuna növbəti səfərini edib. Sanitar tələblərə riayət olunaraq qəbula gələn hər bir sakin zərurət olduğu halda görüşdən öncə qoruyucu maskalarla təmin edilib. 50-ə yaxın seçicinin iştirak etdiyi qəbulda qaldırılan məsələlər əsasən sosial yönümlü olub. Bəzi məsələlər yerindəcə həll edilib. Digər məsələlər qeydə alınaraq, əlaqədar qurumlara göndərilməsi nəzərdə tutulub.

         
Məlumat üçün bildirək ki, əhaliyə dəstək məqsədilə deputata müraciət edən rayon sakinlərinə ərzaq və qeyri-əqzaq yardımları edilir.

           

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir