Modern.az

Gözləyirdilər ki, bir səhv buraxım…

Gözləyirdilər ki, bir səhv buraxım…

5 Mart 2021, 11:47

Artyom Yerkanyan adlı erməni jurnalistin “Armeniyasputnik” saytındakı “Bəs Stepanakertdə nə vaxt aeroport tikiləcək?" başlıqlı yazısı diqqətimi çəkdi. Kədərli notlar üzərində qurulan bu səfsəfədə Artyomu narahat edən məsələrdən biri Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilən üç rayonda - Füzuli, Laçın və Zəngilada aeroport tikiləcəyi barədə verdiyi bəyanatdır. Artyom yazıda məni də unutmayıb...

Mövzu qaysağımı qopardı və istər-istəməz yadıma bəzi şeyləri saldı. 7 il Müdafiə Nazirliyinin Mətbuat xidmətinə rəhbərlik etdiyim dövr həyatıim üçün öz əhəmiyyətinə və taleyimdə buraxdığı izlərə görə nə qədər ki sağam, unudulan deyil.

Mətləbə keçməzdən öncə qeyd etmək istərdim ki, üzümə gülsələr də, arxadan maneçilik törədənlər az deyildi. Onlar gözləyirdilər ki, bir səhv buraxım və beləliklə, ölkənin çox ciddi bir qurumu ilə yollarımı həmişəlik bağlasınlar. Lakin bu fürsəti onlara vermədim.

Təxminən ay yarım işləyirdim ki, telefonuma Baş Qərargah rəisi Nəcməddin Sadıkovun zəngi gəldi. Hərbi qaydaya uyğun olaraq mən özümü təqdid etdim və adam başladı ünvanıma aşağılayıcı sözlər işlətməyə. Lakin ehtiyat edəcəyim bir məqam qarşımı kəsdi və səbrimi zorla saxladım. Səbəb də o idi ki, yaydığım bəyanat və açıqlamaları nə üçün ona məruzə etmirəm…

Nazirə tabe idim və hərbi vəziyyətlə əlaqədar ictimailəşdirdirmək istədiyim cümlə demirəm, kəlməni belə hörmətli Səfər Əbiyevə məruzə etmədən mediaya buraxmazdım. Ona dedim ki, kişiliyiyin varsa, fikrini nazirə bildir. Əmin idim ki, onun bunu müdafiə nazirinə deməyə cəsarəti çatmazdı. Səfər Əbiyevi görəndə siçan deşiyini satın alardı.

Nazir Ali Baş Komandanımızın hərbi siyasətlə bağlı ordunun qarşısında qoyduğu genişmiqyaslı vəzifələrin təbliğatı məsələsinə xüsusi diqqət yetirməyi başlıca şərt olaraq yaddan çıxarmamağı mənə tapşırdı.

Yuxarida qeyd etdiyim kimi, mətləbə gələnə qədər dediyim bu fikirlərin Baş Qərargah rəisinə müəyyən aidiyyatı olduğundan bu hadisənin üzərində belə çox dayanmağım yorucu olsa da, onun ikinci zənginin mahiyyətini izah etməyə bir açardı. İndi biləcəksiniz ki, bu şəxs olduqca biabırçı və əxlaqi dəyərlərdən çox-çox uzaq olan yüksək ranqlı hərbçi imiş.

“Düşmən təyyarəsi Xocalıya və ya Xankəndiyə doğru istiqamət götürəcəyi halda göydəcə Azərbaycanın Hərbi Hava Qüvvələri tərəfindən vurularaq yerə salınacaqdır”.

Bu bəyanatı səsləndirməyim onun xoşuna gəlməmişdi. Birinci təhqirinə ona görə cavab verməmişdim ki, deyərdilər ki, Orduya dünən gəlib Baş Qərargah rəisini təhqir edir. Bu səbəbdən susdum və erməni-rus qarşılğından ruhi qida alan Nəcməddin Sadıkovu ağır sözlərimlə dəli olacaq bir vəziyyətə gətirdiyimdən indi çox məmnunam. Onun ovqatına elə soğan doğradım ki, bunu yadından heç vaxt çıxarmayacaq.

Baş Qərargah rəisinin mənim münaqişənin həllinə dair verdiyim açıqlama və bəyanatlarımla maneçilik törətdiyimi bildirdi. Nəcməddin Sadıkov bizim Ordumuzu heç sevməzdi. 44 günlük Vətən müharibəsindən uzaqlaşdırılması tamamilə doğru siyasət oldu. Əks təqdirdə, onun böyük ziyanı dəyə bilərdi.

ATƏT-in xüsusi nümayəndəsi xüsusi bir missiya ilə müdafiə naziri Səfər Əbiyevlə görüşmək üçün Bakıya gəlmişdi. Görüş başlayan kimi səlahiyətli elçi gəlişinin məqsədini açiqladı:
“Mən sizdən Yerevandan Xocalıya uçacaq Ermənistan təyyarələrinə icazə vermənizi xahiş etmək üçün görüşünüzə gəlmişəm”.

Müdafiə nazirimiz təyyarənin içində nələrin olacağını ATƏT nümayəndəsindən soruşduqda o, mülki şəxslərin olacağını bildirdi. Səfər Əbiyev buna inanmadığını ifadə etdi və qonağın nəzərinə çatdırdı ki, “qonşularımız tamamilə inamı itiriblər, onlar sizi də aldadırlar”. 

Elçi isə “uçaq hazırdı, siz icazə verin” söylədi. Müdafiə nazirinin “mən haradan bilim ki, təyyarənin içindəkilər mülki adamlardı? Ölkənin hava və quru məkanını qorumaqla bağlı mənim Konstitusiya və Ali Baş Komandan qarşısında dövləti öhdəliyim var. Təyyarə sərhədi pozduğu anda dərhal vurulacaq”.

Bu sözü eşidər-eşitməz ATƏT-in xüsusi nümayəndəsi çantasını qoltuğuna vurub görüşü tərk etdi. Mən bu haqda məlumat yaydım və erməni mətbuatinda Nəcməddin Sadıkovun oxşar təhqirlərini ünvanıma yağdırdılar.

2 mart 2021-ci il tarixində “Armeniyasputnik” saytında Artyom Yetkanyan Füzuli, Zəngian və Laçında hava limanlarının tikiləcəyi barədə palaz boyda yazısında 13 il əvvəl səsləndirdiyim bəyanatı qeyd edib.

Eldar Sabiroğlu,
ehtiyatda olan polkovnik,
Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəisi

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı