Modern.az

Ramil Səfərovun atası: “ ...çox gözlənilməz oldu...” - AÇIQLAMA

Ramil Səfərovun atası: “ ...çox gözlənilməz oldu...” - AÇIQLAMA

31 Avqust 2012, 15:42

Macarıstanın Budapeşt şəhərindəki həbsxanada ömürlük cəza çəkməkdən azad olunan zabitimiz  Ramil Səfərov artıq Bakıdakı ata evindədir.

Bu barədə Modern.az-a Ramilin atası Sahib Səfərov məlumat verib. Sahib müəllim hadisənin onun üçün gözlənilməz olduğunu və hədsiz sevinc yaşadığını vurğulayıb.
O, əməkdaşımıza bildirib ki, hazırda evinə o qədər insan axışır ki, onların təbriklərini qəbul etməyə imkanı yoxdur. S.Səfərov Azərbaycan prezidenti, Ali Baş komandan İlham Əliyevə təşəkkür edib.

Ramil Səfərovun özü isə APA-ya açıqlamasında başda Azərbaycan prezidenti, Ali Baş komandan İlham Əliyev olmaqla hər kəsə təşəkkür edib:
“Bu, ədalətin bərpasıdır. Bu mənim üçün bir az gözlənilməz oldu. İndi ətrafımda həddən artıq çoxlu sayda insan var. Ümidvaram ki, daha sonra suallarınıza ətraflı cavab verə biləcəyəm”.

Qeyd edək ki, Ramil Səfərov bu gün Bakıya ekstradisiya olunub. Azərbaycan prezidenti İlham Əliyev isə Ramil Səfərovun əfv olunması barədə sərəncam imzalayıb.

Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü