Modern.az

Macarıstan Ramil Səfərovla bağlı rəsmi açıqlama yaydı

Macarıstan Ramil Səfərovla bağlı rəsmi açıqlama yaydı

Aktual

31 Avqust 2012, 19:10

Macarıstan Ədliyyə Nazirliyi erməni tərəfinin qaldırdığı hay-küydən sonra Ramil Səfərovun Azərbaycana ekstradisiyası ilə bağlı rəsmi məlumat açıqlayıb.

Modern az saytının məlumatına görə, Macarıstan Ədliyyə Nazirliyi bəyan edib ki, 1983-cü ildə qəbul olunmuş “Məhkumların təhvil verilməsi barədə” Strasburq Konvensiyasına qoşulan ölkələrdən biri məhbusu öz ölkəsində cəza çəkmək üçün digərinə ekstradisiya edə bilər. 
Məhbusu qəbul edən tərəf cəzanın çəkilməsini təmin edə, yaxud cəzanı həmin ölkənin daxili huquqi prosedurları çərçivəsində dəyişdirə bilər.  

“Azərbyacan həmin Konvensiyanı qəbul etdiyinə görə, Macarıstan Ədliyyə Nazirilyi Ramil Səfərovun ekstradisiyasını həyata keçirib. Konvensiyaya görə, cəza həmin ölkənin qanunvericiliyinə əsasən tənzimlənə bilər”-deyə Macarıstan Ədliyyə Nazirliyinin bəyanatında bildirilib.

Macarıstan Ədliyyə Nazirliyinin açıqlamasında qeyd olunur ki, rəsmi Budapeşt sözügedən konvensiyaya uyğun olaraq 2010-cu ildə 11, 2011-ci ildə 7, 2012-ci ildə 8 məhbusu digər ölkələrə təhvil verib.

8 ildir Macarıstanın Budapeşt şəhərindəki həbsxanada ömürlük cəza çəkən azərbaycanlı zabit Ramil Səfərovun avqustun 31-də Bakıya gətirilib və dərhal da Prezident İlham Əliyevin sərəncamı əsasında əfv edilib.

X.SƏFƏROĞLU 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!