Modern.az

Partiya sədrləri: “Ümid edirik ki, Modern.az belə davam edəcək” - RƏYLƏR

Partiya sədrləri: “Ümid edirik ki, Modern.az belə davam edəcək” - RƏYLƏR

1 Sentyabr 2012, 11:01

Sentyabrın 1-də Modern.az saytının üç yaşı tamam olur. Əlamətdar gün münasibətilə siyasi partiya rəhbərləri də saytın fəaliyyəti barədə öz fikirlərini səsləndiriblər.

Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə 3 yaşı münasibətilə Modern.az-ın kollektivini təbrik edib. O, bildirib ki, qısa müddətdə sayt internet mediasında öz yerini tutub:
“Ümid edirəm ki, gələcəkdə də həmin yeri heç kəsə verməyəcək və bu yolda irəliləyəcək. İnanıram ki, ədalət, bitərəflik  bu saytın ən mühüm prinsipi olacaq”.

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Modern.az-ı təbrik edərək bildirib ki, bu sayt çox rəngli, fərqli fikirləri ifadə edən elektron informasiya orqanlarından biridir:
“Üç illik fəaliyyət kifayət qədər böyük müddətdir ki, özünü təsdiqləsin. Modern.az da buna nail olub”.

Sabiq millət vəkili Pənah Hüseyn:
- Son dövrlər elektron KİV, o cümlədən, saytlar ciddi rol oynayır. Həmçinin Modern.az da Azərbaycanın elektron KİV-ləri məkanında seçilir. Əvvəllər Milli Məclisin üzvü olduğumuz dövrdə daha sıx əməkdaşlıq edirdik. Sözün düzü indi əməkdaşlığımız elə intensiv olmasa da, saytın informasiyalarından bəhrələnirik. Söz və informasiya azadlığı, informasiya təminatı üçün siyasi mövqeyindən asılı olmayaraq, doğru-düzgün, obyektiv məlumat çatdıran saytların hamısına uğur arzulayırıq. Yubileyiniz münasibətilə sizi təbrik edirik.

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu Modern.az saytını ad günü münasibətilə təbrik edib. O, saytımızı az-az oxusa da,  fəaliyyətimizdə uğurlar arzuladı.  


Gültəkin Ələsgər

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı