Modern.az

Heydər Əliyev Sarayına yeni mətbuat katibi təyin olundu

Heydər Əliyev Sarayına yeni mətbuat katibi təyin olundu

Media

6 Mart 2021, 16:12

Heydər Əliyev Sarayının Mətbuat Xidmətində struktur dəyişikliyi və kadr islahatları aparılıb.

 

Modern.az xəbər verir ki, Heydər Əliyev Sarayının direktoru Ramil Qasımovun əmri ilə Mətbuat Xidmətində mətbuat katibi vəzifəsinə Aytac Zaur qızı Bağırlı təyin olunub.

 

Qeyd edək ki, Aytac Bağırlı “Baku-Oxford-School” məktəbində təhsil alıb.

 

2016-2020-ci illərdə ADA Universitetində beynəlxalq münasibətlər üzrə bakalavr pilləsini, 2020-ci ildə “Yale” Universitetində, Harvard Universitetində, Kaliforniya Universitetində və London Universitetində bir sıra kurslar bitirib.

 

İngilis, Fransız və Rus dillərini bilir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Azərbaycanla sərhəd bölgəyə hücum - Ö*lənlər var - Gündəm Masada - Media Turk TV