Modern.az

“Bu təltifnamə bütün cəmiyyətə olan mesajdır” - QHT sədri

“Bu təltifnamə bütün cəmiyyətə olan mesajdır” - QHT sədri

6 Mart 2021, 18:24

Prezident İlham Əliyev Azərbaycan qadınlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

 

Sərəncamla Azərbaycan Respublikasının ictimai-mədəni həyatında səmərəli fəaliyyətlərinə görə, 8 mart – Beynəlxalq Qadınlar günü münasibəti ilə bir neçə qadına Azərbaycan Respublikasının fəxri adları verilib.

 

Modern.az-ın əməkdaşı “Şöhrət” ordeni ilə təltif olunan hüquq müdafiəçisi Səadət Bənənyarlı ilə danışıb.

 

O qeyd edib ki, bu mükafat tək əməyimizin yox, həm də bizə olan dəyərin nişanəsidir:

 

“Bu mənim həyatda aldığım ən dəyərli mükafat idi. Təltif edilən mükafat gözlənilməz oldu. Ümid edirəm ki, bu təltifnamə bütün cəmiyyətə olan mesajdır və Azərbaycan cəmiyyətinin birliyini göstərən nişanədir. Güclü olmaq üçün biz daha da birlik olmalıyıq.

 

Mən hesab edirəm ki, bu bizim təkcə əməyimizin qiymətləndirilməsi yox, həm də bizə verilən dəyərdir. 

 

Bu təltifə məni layiq gördüyü üçün cənab prezident İlham Əliyevə təşəkkürümü bildirirəm”.

 

Fidan İlqarqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir