Modern.az

Modern.az-ın 3 yaşı tamam oldu

Modern.az-ın 3 yaşı tamam oldu

1 Sentyabr 2012, 06:56

Bu gün Modern.az xəbər portalının 3 yaşı tamam olur. 2009-cu il sentyabrın 1-dən onlayn xəbər saytı kimi fəaliyyətə başlayan Modern.az ötən üç il müddətində özünəməxsus imic formalaşdırmağı bacarıb.
Saytın fərqli təqdimatları, yeni layihələri, müxtəlif janrlarda maraqlı materiallar dərc etməsi, Azərbaycanda baş verən hadisələrə qərəzsiz yanaşması, bitərəf mövqeyi oxucu auditoriyası tərəfindən rəğbətlə qarşılanıb.

Modern.az yeni nəfəsli bir media quruluşu olaraq üç il müddətində təkcə Azərbaycanda deyil, ölkə xaricində yaşayan soydaşlarımız tərəfindən də izlənilən xəbər saytına çevrilə bilib. Saytımıza ünvanlanan məktublar, şərhlər, müraciətlər belə deməyə əsas verir.
Sayt bundan sonra da ən müxtəlif sahələri əhatə edən xəbərlər, araşdırmalar, müsahibələr, müəllif yazılarının təqdimatını davam etdirəcək.
Yaxın vaxtlarda isə oxucularımız yeni projelərlə tanış ola biləcəklər.

Saytın baş redaktoru Elşad Eyvazlı bildirib ki, Modern.az bundan sonra da reytinq xatirinə ucuzluğa getməyəcək, öz səviyyəsini qorumağa çalışacaq.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir