Modern.az

Roma Papası Fransisk İraqa ilk səfərini reallaşdırdı

Roma Papası Fransisk İraqa ilk səfərini reallaşdırdı

Dünya

7 Mart 2021, 08:51

Roma Papası Fransisk İraqda səfərdədir. Bu, Roma Katolik Kilsəsi rəhbərinin iraqa ilk səfəridir.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, Papa İraq şiələrinin ruhani lideri - Ali Ayətullah Əli əl-Sistani ilə də ilk görüşünü reallaşdırıb.

 

İki dini lider müasir dünyada zorakılıq və ayrıseçkilik, bunların aradan qaldırılması üçün dini dialoqun vacibliyini müzakirə ediblər. Əli əl-Sistani, xüsusilə ölkənin şimalında üç ildir ki, İŞİD terror təşkilatının törətdiyi vəhşiliklərlə və təqiblərlə üzləşən, məhv edilən xristianlara qarşı sədaqətini vurğulayıb. 2000-ci illərin əvvəlləri ilə müqayisədə İraqdakı xristian əhalinin sayı 80% azalıb.

 

Papanın səfərinin əsas səbəblərindən biri də həm katolik, həm də pravoslav icmalarının təmsil etdiyi xristianlara dəstək və həmrəyliyin nümayiş etdirilməsidir.

 

Bundan başqa, Papa Fransisk simvolik bir yerdə - xirstianlıq, iudaizm və İslam dinində adı keçən İbrahim peyğəmbərin doğulduğu tarixi Ur şəhərində dinlərarası toplantıya rəhbərlik edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar